“Laçının seperatçılardan təmizlənməsi üçün 1 gündən artıq zaman tələb olunmur”

Erməni təxribatları və ya təxribat xarakterli bəyanatlar təkrar olunarsa, “Qisas” əməliyyatının növbəti mərhələsi istisna olunmayacaq

 

“Qisas” əməliyyatının başlanması elan olunub, onun nə zaman başa çatacağı məlum deyil

 

Sosial şəbəkə iştirakçıları tərəfindən Azərbaycan Ordusunun Laçını düşməndən təmizləməsi üçün zəruri ola biləcək müddət barədə  fərqli mövqelər sərgilənir. Müddət diapazonu 5 ilə 10 gün arasında dəyişir. Mən də bu mövzu ilə bağlı bəzi qənaətlərimi rəqəm və faktların dili ilə səsləndirməyi özümə borc bildim.

 

Beləliklə, dəhlizlə birlikdə Laçının rusların nəzarətində olan ərazisi təxminən 160 kv. km-dir. Dəhlizin uzunluğu 32 km, eni isə 5 km-dir. 32 km x 5 km = 160 kv.km. 

 

Vətən Müharibəsinin 44 gün və sonrakı ilk 20 gün ərzində düşmən hər gün orta hesabla 156 kv.km. Azərbaycan ərazisindən qovulub.  10000 kv.km : (44 + 20)= 156 kv.km. 

 

Müharibə və ondan sonrakı dövrdə əldə etdiyimiz üstün ərazi və mövqe imkanlarımızı, təminatdakı ciddi nailliyyətlərimizi, düşmənin artilleriya və PUA imkanlarının təxminən sıfırladığımızı, erməni silahlılarının bərbaq mənəvi-psixoloji vəziyyətini və digər üstün olduğumuz şərtləri nəzərə almasaq belə, Laçının seperatçılardan təmizlənməsi üçün 1 gündən artıq zaman tələb olunmur. Mümkün itkilərimizi minimuma endirilməsini və rusların təhlükəsizliyini təmin edilməsini nəzərə alsaq belə, bu təmizləmə üçün bu müddət maksimum 2 günə qədər arta bilər. 

 

Azərbaycan Prezidenti İ.Əliyevin son bəyanatı və “Qisas” əməliyyatının analizi göstərir ki, rəsmi Bakı Laçın problemini həm də minimal erməni itkisi ilə yekunlaşdırmaq niyyətindədir. Amma əks tərəfdən təxribatlar və ya təxribat xarakterli bəyanatlar təkrar olunarsa, “Qisas” əməliyyatının növbəti mərhələsi istisna olunmayacaq, cünki bu əməliyyatın başlanması elan olunsa, onun nə zaman başa çatacağı məlum deyil.

 

Ədalət Verdiyev, hərbi ekspert

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button