Rusiya hərbçiləri bu dəfə Köçəryan və Sərkisyan tərəfdarları olan deputatları Laçına buraxdı?..

“Hayastan” blokunun bir qrup deputatı dünən Qarabağa gedib”.

 

Moderator.az xəbər verir ki, “Hraparak” nəşri dünən – avqustun 11-i axşam saatlarında yaydığı, lakin az sonra təkzib etdiyi məlumatı bu gün – avqustun 12-i səhər saat 07:15-də təsdiqləyib. 

 

Erməni nəşri yazır ki,  bu ilin yazında Fərruxdakı yüksəkliklərin Azərbaycan ordusu tərəfindən azad edilməsindən sonra baş vermiş insidentin, yəni bir qrup deputatın Laçın keçid məntəqəsindən geri qaytarılmasının təkrarlana biləcəyi qorxusuna rəğmən Ermənistan parlamentinin üzvləri bu dəfə dövlət sərhədimizdən maneəsiz keçiblər.

 

Ötən gün  terrorçu eks-prezident  Robert Köçəryanın lideri olduğu “Hayastan” bloku üzvlərindən öncə  digər terrorçu eks-prezident Serj Sərkisyanın liderlik etdiyi “Şərəfim duyuram” fraksiyasının üzvü Tiqran Abramyanın da Qarabağa yollandığı bildirilir .

 

Azərbaycan torpağına daxil olan hay deputatlar arasında Aqnessa Xamoyan, Aram Vardevanyan, Aqvan Vardanyan, Anna Qriqoryan, Artur Sarkisyan var. Onların Zabuğa və Laçın şəhərinə səfərləri nəzərdə tutulub. Son məlumata görə, artıq Köçəryan tərəfdarları Zabuxdakı qanunsuz hay “meri” Andranik Çavuşyanla  görüşüb söhbət ediblər.

 

“Bu gün onlar Xankəndində görüşlər keçirəcək. Lakin deputatlar səfərin təfərrüatlarını açıqlamamağa çalışır. Yəqin ki, əngəl yaradılmasından qorxurlar” – sonda “Hraparak” belə yazır.

Zəruri sual:

Belə çıxır ki, bu dəfə Rusiyanın Laçındakı keçid məntəqəsindəki hərbçiləri Ermənistan deputatlarını maneəsiz buraxıblar. Görəsən, niyə?..

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button