“Əsgərimizin 2 saatlıq “profilaktik tədbirləri” yetərlidir…”

Kəlbəcər rayonu ərazisində azad olunan Buzdux dağına son səfərim kifayət qədər məhsuldar keçdi. Ordumuzun motoatıcı və komando heyəti 1 nəfər olsun döyüşdə itki vermədən ərazidə strateji əhəmiyyətə malik Buzdux dağını düşməndən təmizləyib. Buzdux dağının azad edilməsi Ağdərə ərazisində daha geniş ərazilərin nəzarətimizə keçməsinə də münbit şərait yaradıb. 

 

Hazırda düşmən mövqeləri dərədə yerləşir. Adı çəkilən düşmən mövqeləri bölmələrimizin birbaşa müşahidəsi və “ayaqları altlndadır”. 3 komano əsgərinin antimaterial silahdan bir neçə dəfə cavab atəşi açması və ya həmin mövqlərə bir tağım Azərbaycan Əsgərinin yaxınlaşması kifayətdir ki, erməni silahlıları mövqelərini həvəslə tərk etsinlər.

 

Başqa sözlə desək, düşmənin yerləşdiyi yeni mövqelərdən çıxarılması üçün qəhrəman Əsgərimizin ən çoxu iki saatlıq “profilaktik tədbirləri” yetərlidir. Hazırda Buzduxda yerləşən Ordumuzun bölmələri bu faktorları  nəzərə alaraq düşmən mövqelərinin möhkəmləndirilməsinə də imkan verməz. Buxduxda yerləşən bölmələrimizin təminat və təchizatı üçün tədbirlər həyata keçirilir. Yollar çəkilir, mövqelər möhkəmləndirilir, atəş sistemi təkmilləşdirilir. Şəxsi heyət növbəti dəfə düşməni cəzalandırmaq üçün əmr gözləyir. 

 

Mənəvi psixoloji sarsıntı keçirən eməni silahlıları Azərbaycana qarşı müqavimət haqqında çox da dərindən düşünmür. Təxribatlar istisna deyil, bu hər zaman mümkündür, lakin düşmənin mütəşəkkil müqavimət imkanlarını Ordumuz tam məhdudlaşdırıb. Buzdux dağını 1 nəfər də itki vermədən azad edən Ordumuzun peşəkarlıq baxımından düşmən üzərində üstünlüyü də aşkardır. 

 

Bu istiqamətdə Rusiya sülhməramlılarının Azərbaycan Ordusuna qarşı münasibəti isə tamamilə dəyişib. Rus hərbçiləri bu istiqamətdə icazəsiz və razılaşdırılmamış addımlardan tamamilə çəkinirlər. Qarşılıqlı münasibətlərdə radikal və müsbət dəyişiklikləri şəxsən müşahidə etdim. Demənil Qələbəmizi qəbul edənlərin sayı hər gün artır. 

 

Qələbəmizin miqyasını hər gün genişləndirən Ali Baş Komandana və Qəhrəman Ordumuza eşq olsun!

 

Ədalət Verdiyev, hərbi ekspert

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button