“Ermənistan buraya yardımlar etsə də siyasi çəkisi yoxdur”

“Azərbaycanda onun atasının bir türk olduğu haqqında yayılan məlumatları lap yalan hesab etsək, yenə də onun atasının gerçəkdən Sedrak olduğu şübhələrdoğurur. 1977-ci ildə öldüyü bildirilən bu şəxsin qəbri haradadır- bu da bilinmir”

 

Bunu Moderatora.az-a açıqlamasında tanınmış ermənişünas alim, siyasi analitik Qafar Çaxmaqlı bildirib.

 

“Ermənistan mətbuatının erməni seqmetində son günlər baş verən hadisələrlə bağlı əks sədalar maraq doğurur. Azərabyacan prezidenti İlham əliyevin son çıxışında Dağlıq Qarabağda yaşayan ermənilərlə bağlı söylədiyi fikirlərə  Dağlıq Qarabağdakı siyasi təşkilatlardan münasibət bildirilmişdir.

 

 “Sabahkı Artsax” adlı partiyanın rəhbəri Tiqran Petrosyan “Azatutyun” (Azadlıq) radiosuna müsahibə vermişdir. İlham Əliyevin “Qarabağ ermənilərinə heç bir ayrıcalıq tanınmayacaq, heç bir fərqli imtiyazları olmayacaqdır. Azərbaycanın digər vətəndaşları hansı hüquqlara malikdirsə, onlar da həmin hüquqlara sahib olacaqlar”- fikrini Petrosyan  qəbul etməsə də əhalinin təhlükəsizliyi məsələsinə olumlu baxır, O deyir ki, partiya sədri kimi onlar Rusiya sülhməramlılarının rəhbəri, general Volkovla görüşümüzdə də bu məsələni müzakirə etmişik. Dağlıq Qarabağ hakimiyyəti Arayik Harutyunyan əhalinin təhlükəsizliyini təmin etmək iqtidarında deyildir. Və biz  Arayik Harutyunyan, Vitali Balasanyan və başqalarının dəyişdirilməsindən sonra Azərbaycanla müzakirələr aparmağın tərəfdarıyıq.  Xüsusən Vitali Balasanyan  təhsilcə, siyasi cəhətdən də bu vəzifəni daşımağa layiq deyildir.  Onlar korrupsiyaya uğramış şəxslərdir. Azərbaycanla  təmaslar əlbəttə aparılmalıdır, danışıqların bu adamlarla aparılması heç bir nəticə verməyəcəkdir, elə etməliyik ki, əhali əziyyət çəkməsin. Biz xalqların öz müqəddaratını təyin etmək haqqını önə sürməliyik. Bunun üçün Milli Məclisə yeni seçkilər keçirilməli və yeni hakimiyyət orqanları formalaşdırılmalıdır.

 

O Ermənistanın təsir imkanlarının azalmasını da normal qəbul edir, sözündən belə çıxır ki, Qarabağ erməniləri öz taleyini özləri həll etməlidirlər. Ermənistan buraya yardımlar etsə də siyasi çəkisi yoxdur. Paşinyanı qarabağlılar qəbul etmirlər. Baş verənlərin günahkarı kimi onun nüfuzu yox dərəcəsindədir. Ona görə də biz Rusiya sülhməramlılarının rəhbəri ilə görüşmələrin sayını artırmalıyıq.  Qarabağ erməniləri onlara inanaraq geri dönmüşlər…

 

Tiqran Petrosyan  bu fikirdə olduğunu bildirmişdir.

 

“Hanrayin dzayn” ( İctimaiyyətin səsi) adlı internet televiziyasında aparıcı Vartan Guqasyan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın atasının kim olduğu ilə bağlı müəmmalara açıqlıq gətirməyə çalışmışdır. 1998-ci il prezident seçkilerində bütün namizədlərin arasının adı olmasına baxmayaraq, Robert Koçaryanın atasının adı yazılmayıb. Seçkilerin ikinci turunda atasının adı yazılmışdır: Sedrak. Blogger Vartan Guqasyan qısa araşdırma apararaq bu qənaətə gəlmişdir ki, Sedrak onun atası olmamışdır. 1910-cu ildə anadan olmuş və nədənsə İkinci Dünya müharibəsində iştirak etməmiş bu şəxsin- Setrakın  1954-cü ildə müəmmalı şəkildə bir oğlu “peyda” olmuşdur. Azərbaycanda onun atasının bir türk olduğu haqqında yayılan məlumatları lap yalan hesab etsək, yenə də onun atasının gerçəkdən Sedrak olduğu şübhələrdoğurur. 1977-ci ildə öldüyü bildirilən bu şəxsin qəbri haradadır- bu da bilinmir. Heç vaxt keçmiş prezidentin atasının qəbir daşının şəkli ictimaiyyətlə paylaşılmamışdır. Koçaryan özü heç vaxt atasının qəbri üstünə getməmişdir.   Sedrakın oğlu olaraq bilinən Robert Koçaryan əslində kimdir? Ermənistan cəmiyyəti indi müzakirə etməkdədir.”

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button