Rusiyanın qorxuya düşən məmurları Putindən gizlicə Qərblə danışıqlar aparır…

“Rusiya elitası Qərbin boğucu sanksiyalarından və iqtisadiyyatın çöküşündən həyəcan keçirir…”

 

Təlaş içində olan Rusiya elitası Qərbə Ukraynada qanlı müharibənin dayandırılması məqsədilə gizli məlumatlar göndərir.

 

Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mirror” qəzeti yazıb.

 

Britaniya jurnalistlərinin məlumatına görə, Vladimir Putinə yaxın olan yüksək vəzifəli Kreml məmurlarından biri Qərbin xüsusi xidmət orqanlarına müraciət edib. (Güman edilir ki, o, Mərkəzi Kəşfiyyat İdarəsindən kiminləsə və ya Qərb diplomatlarından biri ilə əlaqə saxlayıb). Bu məlumatı eyni zamanda bir neçə kəşfiyyat idarəsi təsdiq edib.

 

“Putinin yaxın ətrafının nümayəndəsi Qərbə siqnal göndərərək, danışıqlar aparmaq arzusunu ifadə edib. Kreml elitası təlaş içindədir”, – qəzetin əlində olan sənəddə belə deyilir. 

 

Nəşr qeyd edir ki, Kreml məmuru “Putin rejiminin dayaqlarından biridir”.

Bu şəxsin adı onun təhlükəsizliyi məqsədi ilə açıqlanmır.

 

Güman edilir ki, bütün bunlar müharibəni dayandırmaq niyyəti olmayan Putindən gizlicə edilir.

 

Bu zaman Rusiya elitasının nümayəndəri müharibənin törətdiyi Qərbin “boğucu” sanksiyalarından və iqtisadiyyatın çöküşündən həyəcan keçirir.

 

Həmçinin məlumat verilir ki, Kremlin bəzi xadimləri Zaporojye AES-də döyüş əməliyyatları ilə bağlı olan artan risklərdən

narahatdır.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button