Laçından son görüntülər -20 avqust haylar üçün son gündür

“Tarixdə ilk dəfədir ki, erməni ermənini zorla torpağından çıxmağa məcbur  edir. Burada sonadək qalacağıq ki, görək bizi yurdumuzdan çıxaran hansı düşmənimizdir”.

 

Moderator.az xəbər verir ki, bu sözləri Laçın şəhərində hələ də qalan qanunsuz məskunlaşmış hay qadınlardan biri əcnəbi jurnalistlərə söyləyib.Video-reportajdan bəlli olur ki, bu Azərbaycan şəhərindəki ermənilər İrəvandakı rəhbərlərindən şikayətlənirlər. Onlar köçmək üçün verilən pulun kifayət etmədiyini, təxminən 24 min dollarlıq sertifikatların İrəvanda və ya Xankəndində mənzil almaq üçün çatmayacağını bildiriblər. 

 

Bəzi ticarət, yaxud iaşə obyektlərinin yenicə yandırıldığı, yaşayış binalarının içərisinin dağıdıldığı da hiss olunur…

 

Bildirilir ki, ermənilərin Laçından çıxmasına avqustun 25-dək vaxt verilsə də, onlardan artıq ayın 20-dən şəhəri tərk etmək tələb olunur. Həmin gün elektrik və internetin kəsiləcəyi deyilir. Laçında qaz verilişi 2020-ci ilin noyabrından kəsilib…

Sultan Laçın

 

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button