ABŞ Nyu-Yorka getməsi üçün Lavrova viza verəcəkmi?..

Amerikaya yola düşməyə hazırlaşan Sergey Lavrov viza problemləri ilə üzləşib…

 

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının başlanacağı 77-ci sessiyasında Rusiya nümayəndə heyətinə şəxsən başçılıq edəcək. 

 

Bu, beynəlxalq münasibətlərdə növbəti toqquşma təhlükəsi yarada bilər, çünki Lavrov hələ fevral ayından ABŞ, Avropa İttifaqı və Britaniya hakimiyyətlərinin fərdi sanksiyaları altındadır.

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN mətbuat xidməti məlumat yayıb.

 

Bununla birlikdə, BMT administrasiyası və ABŞ hakimiyyəti arasında əldə olunan razılaşmalara görə, ABŞ vəzifəli şəxslərə və BMT üzvü olan ölkələrin nümayəndələrinə bu şəxslərin təmsil etdiyi dövlətlərlə Birləşmiş Ştatlar hökuməti arasında münasibətlərdən asılı olmayaraq, təmənnasız və qısa müddətdə vizalar verməyə borcludur.

 

Son zamanlar Qərb ölkələri özünün və beynəlxalq qanunvericiliyin baza prinsiplərini açıq şəkildə pozur, faktiki olaraq Rusiyaya qarşı qaydasız diplomatik və iqtisadi müharibə törədir.

 

Ona görə də Rusiyanın ABŞ-dakı səfirliyi Nizamnamədə dəqiq yazılan paraqraflara rəğmən, müəyyən çətinliklərin ola biləcəyini düşünür.

 

Rusiyanın ABŞ-kı səfiri Anatoli Antonov Rusiyanın dövlət telekanalı olan “Vesti” proqramında məlumat verib ki, “Amerika tərəfi” indiyədək Segey Lavrova və nümayəndə heyətinin digər üzvlərinə viza veriləcəyini barədə sualı aydın şəkildə cavablandırmayıb.

 

Bununla əlaqədar olaraq Rusiya səfirliyi Amerika hakimiyyətinə müvafiq xahişlə xüsusi müraciət edib.

 

Rusiya XİN nümayəndəsinin sözlərinə görə, Smolensk meydanında düşünürlər ki, vizalar qüvvədə olan qaydalara uyğun olaraq veriləcək və Rusiya nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında normal şəkildə işinə başlayacaq.

 

Yaranmış vəziyyətdə amerikalılar cavabı ləngidərək rusiyalı naziri son məqamadək “gərginlikdə saxlamaq” niyyətindədir (əgər, ümumiyyətlə, viza veriləcəksə) və bu, Rusiya hakimiyyəti üçün son dərəcə alçaldıcıdır. 

 

Bununla birlikdə, Lavrovun BMT Baş assambleyasın 77-ci sessiyasında nümayəndə heyətinin başçısı təyin edilməsi haqqında fərmanı Rusiya prezidenti Vladimir Putin şəxsən imzalayıb və Rusiyanın ali rəhbərliyində bu variant açıq-aşkar nəzərə alınıb.

 

Hazırda Kremlin əsas təşviqat xəttlərinin biri ondan ibarətdir ki, bütün maraqlı tərəflərə “ümumi bespredel”i , yəni Qərb ölkələri tərəfindən hüququn baza prinsiplərinin hər cür pozulduğunu, habelə “Rusiyanı ləğv etməyin mümkün olmadığını” nümayiş etdirməkdir.

 

Mümkündür ki, Rusiya amerikalıları beynəlxalq qanunvericiliyinin baza prinsiplərini kobud şəkildə pozmaqda ittiham etməklə təbliğat müharibəsində Rusiya hakimiyyəti üçün kozır əldə etmək və özünün qanunsuz əməllərinə Kremlin gözündə əlavə haqq qazandırmaqda maraqlıdır.

 

Əgər amerikalılar BMT ilə razılaşmaları yerinə yetirmək və sanksiyalara rəğmən, Lavrova viza verəcəksə, bu, Rusiyanın ideoloji qələbəsi və bu ölkəni “görməzdən gəlməyin mümkün olmadığının” sübutu kimi dəyərləndiriləcək.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button