David Tonoyan həbsdə qalır, eks nazirin vəkillərinin hay-küyü bir işə yaramır…

İndiki hüquqi natamamlıq və yolverilməzlik şəraitində Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın həbsdə qalacağı gözlənilir.

 

Moderator.az xəbər verir ki, bu barədə sabiq nazirin vəkillərinin bəyanatında deyilir.

 

“Bir həftədən artıqdır ki, 08.09.2022-ci ildən bu günə kimi Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana qarşı cinayət işi üzrə məhkəmə iclası təyin edilməyib. Üstəlik, növbəti məhkəmə iclasının nə vaxt və kim tərəfindən təyin olunacağı da məlum deyil.

 

Süni Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin yaradılması ilə bağlı çaşqınlıq nəticəsində, 2022-ci ilin yanvarından bu günə qədər prosesin başlanmadığını və hakim Manvel Şahverdyan məhkəmə iclasını təyin etməkdən çəkinir, çünki yeni Cinayət Məcəlləsinə əsasən, Ermənistan Respublikasının Prosessual Məcəlləsinə və Məhkəmə Məcəlləsində edilən dəyişikliklərə görə, onun artıq qeyd olunan cinayət işinə baxmağa səlahiyyəti yoxdur. Bununla belə, iş yeni yaradılmış Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilmir, nəticədə David Tonoyan heç bir qanuni əsas olmadan həbsdə qalmaqda davam edir.

 

Bu hüquqi natamamlıq və yolverilməzlik şəraitində gözləyirik ki,  daha bir ay, bəlkə də daha çox müddət ərzində cinayət prosesinin ən mühüm prinsipini – işə ağlabatan müddətdə baxılması kobud şəkildə pozularaq, David Tonoyan həbsdə qalmaqda davam edəcək və onun həbsdə qallması eks nazirin şəxsi azadlıq və toxunulmazlıq hüququnun kobud şəkildə pozulması silsiləsini tamamlayacaq”, – bəyanatda deyilir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button