“Birləşmiş Ştatlar Ukraynayla bağlı hədsiz ehtiyatlılığı ilə təşəbbüsü Putinə vermiş olur…”

ABŞ Baydendən Putindən qorxmamağı tələb edib və nüvə silahı ilə təhdid edib…

 

“Bu müharibə təkcə Ukrayna millətini dünya xəritəsindən silməyə yönələn soyqırım deyil, həm də ABŞ-ın təhlükəsizliyinə açıq təhlükədir…”

 

“ABŞ da nüvə dövlətidir və nüvə çəkindirməsinin daha işləmədiyini güman etmək böyük strateji yanlışlıq olardı…”

 

“Müdrik addım Putinin Ukraynaya qarşı təcavüzkar niyyətlərini dayandırmaq və hələ ki, gec deyil, bunu indi etməkdir…”

 

Amerikanın bir sıra nüfuzlu hərbçiləri, diplomatları və milli təhlükəsizlik üzrə mütəxəssisləri ABŞ rəhbərliyinə Ukraynaya tam həcmdə silah, o cümlədən uçuş məsafəsi 300 km olan ATACMS raketlərini tədarük etməyə çağırış edib. 

 

Moderator.az xəbər verir ki, bu barədə “Amerikanın “Hill” nəşrində avqustun 17-də “ABŞ hələ ki, gec deyil, Ukraynanı indi silahlandırmalıdır” ümumi başlıqla dərc edilən məqalədə deyilir.

 

Məqalə müəllifləri qeyd edir ki, ABŞ prezidenti Co Bayden administrasiyası ABŞ-ın müttəfiqlərini Ukraynaya əhəmiyyətli hərbi yardım göstərilməsinə uğurla sıx birləşdirsə də, o, NATO ölkələrinin bu prosesdə uzunmüddətli perspektivdə ictimai dəstəyin saxlanılmasında qaneedici strategiyanı işləyib hazırlamağa müvəffəq olmayıb.

 

“Bayden administrasiyası Rusiyanın ərazi nailiyyətlərini yoxa çıxarmağa deyil, dalana dirənməyə kifayət edən yardımı göstərməklə, qəsdən məğlubiyyəti qələbənin pəncəsindən qopara bilər”, – məqalə müəllifləri qeyd edib.

 

Onların fikrinə görə, Rusiyanın gərginliyi artıra biləcək təhriklə bağlı (həm adi, həm də nüvə silahı ilə) hədsiz ehtiyatlılığı ucbatından Birləşmiş Ştatlar faktiki olaraq təşəbbüsü Rusiya prezidenti Vladimir Putinə verir və öz təcavüzünə son qoyması və danışıqlara məsuliyyətlə yanaşması üçün Moskvaya təzyiqi azaldır.

 

“Moskvanın Ukrayna xalqına qarşı imperialist müharibəsi təkcə Ukrayna millətini dünya xəritəsindən silməyə yönələn soyqırım kampaniyası kimi mənəvi təhqir deyil, həm də ABŞ-ın təhlükəsizliyinə və çiçəklənməsinə açıq şəkildə olan təhlükədir. Amerikanın prinsipləri və maraqları rusiyalıları fevraldan öncəki xətlərə dönməyə məcbur etmək və Rusiyanı üçüncü dəfə müdaxilədən çəkindirmək məqsədilə kifayət qədər ciddi zərər vurmaq üçün ən qətiyyətli cavab verməyi tələb edir”, – məqalədə belə deyilir.

 

“Putin və Rusiyanın digər yüksək vəzifəli şəxsləri 24 fevral müdaxiləsindən öncə və sonra Qərbə nüvə müharibəsinin təhlükəsini xatırladıb. Lakin ABŞ da nüvə dövlətidir və nüvə çəkindirməsinin daha işləmədiyini güman etmək böyük strateji yanlışlıq olardı. Nüvə çəkindirməsi hələ də işləkdir, – milli təhlükəsizlik üzrə ekspertlərin müraciətində deyilir. – Nüvə silahı ilə təhdid etmək, amma onu başlamamaq Putinin maraqlarına cavab verir. Belə təhdidlərin arxasınca, məsələn, Finlandiya və İsveçin NATO-ya daxil olmasından sonra, heç nə baş verməyib.

 

“Biz Putinə Rusiyanın təftişçiliyini dayandırmaq üçün bizi qorxutmağa və Ukraynaya lazımi silahların tədarük edilməsini dayandırmağa imkan versək, nə baş verəcək?” – ABŞ nümayəndələri sual edir və qeyd edir ki, Putin nüvə dəyənəyi ilə Baltikyanı ölkələri də təhdid edə bilər.

 

“Nəyə görə administrasiya Putinin belə taktikanın Ukraynada artıq işlədiyi halda, eyni şeyi Estoniya və Polşa barəsində etməyə qərar verəcəyini düşünmür?” – ekspertlər Ağ evə birbaşa sual ünvanlayıb.

 

Müəlliflər əmindir ki, Rusiya qüvvələri şərqdə yenidən qruplaşmağa və Ukraynanı cənubda Xersondan vurub çıxarmağa cəhd göstərdiyi zaman Ukraynanın müttəfiqləri Ukraynaya qələbə üçün zəruri olanları vermək üçün bütün imkanlardan istifadə etməlidir. Söhbət o cümlədən HIMARS sistemlərindən və onlara uçuş məsafəsi 300 km olan döyüş sursatlarından gedir.

 

Ukrayna həmçinin müxtəlif ölkələrin artilleriya sistemləri üçün döyüş sursatları və ehtiyat hissələrinin daimi doldurulmasına ehtiyacı var. Bundan başqa, Ukraynaya Rusiyanın hava və raket hücumlarının qarşısını almaq üçün daha çox kiçik və orta mənzilli hava hücumundan müdafiə vasitələri lazımdır.

 

“Stavkalar bizim üçün, müttəfiqlərimiz və Ukrayna üçün aydındır. Biz özümüzü aldatmamalıyıq. Bizə elə gələ bilər ki, hər gün Ukraynaya qələbə üçün silah verməyi təxirə salmaqla Kreml ilə qarşıdurmadan yan keçirik. Əksinə, biz, sadəcə, bu təhlükə ilə daha az əlverişli şəraitdə üz-üzə gələcəyimizin ehtimalını artırırıq. Müdrik və ağıllı addım ondan ibarətdir ki, Putinin Ukraynaya qarşı təcavüzkar niyyətlərini dayandıraq və hələ ki, gec deyil, bunu indi edək”, – müraciətdə belə deyilir.

 

Bu bəyanatı imzalayanlar:

 

– NATO-nun Avropada birləşmiş qüvvələrinin sabiq baş komandanları generallar Filip Bridlav və Uelsi Klark;

 

– Dövlət Departamenti və Pentaqonun sabiq məmuru Debra Keyqan;

 

– Finlandiyanın Türkiyədəki sabiq səfiri Erik Edelman;

 

– Dövlət katibinin beynəlxalq işlər üzrə sabiq müavini Pola Dobryanski;

 

– ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə sabiq müavini Evelin Farkas;

 

– Dövlət katibinin Avropa məsələləri üzrə sabiq müavini və ABŞ-ın Polşadakı sabiq səfiri Deniel Frid;

 

– ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst;

 

– ABŞ ordusunun Avropada sabiq komandanı general-leytenant Ben Hoces;

 

– Almaniyada sabiq səfir Con Kornblum;

 

– Dövlət katibinin sabiq müavini Devid Kramer;

 

– müdafiə nazirinin sabiq birinci müavini Yen Lodal;

 

– Baş prokurorun sabiq köməkçisi Robert Mak-Konell;

 

– SSRİ barəsində xüsusi tapşırıqlar üzrə sabiq səfir Stiven Sestanoviç;

 

– ABŞ kəşfiyyatının sabiq əməkdaşı, təhlükəsizlik eksperti Con Sayfer;

 

– Ukraynada sabiq səfirlər Uilyam Teylor və Mari Yovanoviç;

 

– ABŞ Dövlət departamentinin Ukrayna üzrə sabiq xüsüsi nümayəndəsi Kurt Volker;

 

– NATO baş katibinin sabiq müavini və Pentaqon rəhbərinin köməkçisi, ABŞ-ın Rusiyada sabiq səfiri Aleksandr Verşbou.

 

Bu müraciətə artıq Pentaqon cavab verib. İdarənin spikeri Ned Prays bəyan edib ki, fevralın 24-dən ABŞ Ukraynaya 10 milyard dollar məbləğində hərbi yardım ayırıb.

 

“Mən sizi əmin edirəm ki, biz bütün əlçatan resurslarımızı ukraynalı tərəfdaşlarımıza verməkdə davam edəcəyik ki, öz ölkəsini müdafiə etməkdə davam etsinlər və nəticə etibarilə öz demokratiya və öz azadlığını müdafiə etsinlər”, – o, belə deyib.

 

Prays vurğulayıb ki, müharibənin hər bir mərhələsində ABŞ-ın təhlükəsizlik sahəsində yardımı cəbhədə konkret vəziyyətlərə uyğunlaşıb. İlk günlər ABŞ Ukraynanı Kiyev uğrunda döyüşdə uğur qazanması üçün zirehli texnika, tankəleyhinə və piyadalarəleyhinə vasitələrlə təchiz edib. O zamandan döyüşlər cənubda və şərqdə gedir, yenə də ABŞ-ın yardımı bu regionlarda vəziyyətə uyğun həyata keçirilir, spiker əlavə edib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button