“Bu görüşdən sonra Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı vaxtı elan etməlidir”

“Əlbəttə, 10 noyabr 2020-ci il bəyannaməsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi yenə gündəmdədir. Ermənistan bu öhdəliklərin bir çoxlarını ya yerinə yetirməmişdir, ya da onları qəsdən uzatmaqdadır”. 

 

Bunu Moderator.az-ın “Azərbaycan və Ermənistan dövlət başçıları Putinin vasitəçiliyi ilə avqustun sonunda Moskvada görüşəcəklər. Bu görüşdən nələr gözlənilir?” sualına cavabında tanınmış ermənişünas alim, siyasi analitik Qafar Çaxmaqlı bildirib.

 

“Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın nala-mıxa vurmasından təbii ki, əsəbi durum var və bu məsələnin konkretləşdirilməsi tələb olunmalıdır. Son günlər Laçın yolu ilə bağlı, orada qeyri-qanunu məskunlaşdırılmış erməni əhalinin çıxarılması ilə bağlı hoqqabazlıqlar və erməni silahlı birıəşmələrinin Qarabağdan çıxarılması və başqa gəlişmələr göstərir ki, Ermənistan rəhbərliyinə güvən yoxdur. 

 

Yenə erməniləri məcbur etmək lazımdır. Amma hesab edirəm ki, hər hansı görüş zamanı əldə edilən razılaşmanı Ermənistan yenə poza bilər. Və Rusiyanın Ermənistana göz yumması da düşündürücüdür. Bu işləri uzatmaqla Ermənistan nə etmək istəyir?! İndi Ermənistan ayrı-ayrı beynəlxalq qurumlarda fəal iş aparır ki, Qarabağda qalan ermənilərin “təhlükəsizliyinə” qarant alsın və daha çox ölkə və beynəlxalq təşkilatları bu məsələyə daha fəal müdaxiləyə cəlb etsin. Ayrıca Paşinyanın ona qarşı olan daxili qüvvələri zərərsizləşdirmək qayğısı da var. Əslində Rusiyanın da Ermənistanı öz nəzarətində əbədi saxlamaq siyasəti onu Paşinyanın nazı ilə oynamağa bir qədər vadar edəcək. Bu görüşdə Əliyevin tələblərinin daha sərt olacağı gözlənilir. Kapitulyasiya aktına faktiki olaraq imza atmış məğlub ölkə Zəngəzur dəhlizinin açılması ilə bağlı vaxtı elan etməlidir, erməni silahlıları ölkəmizdən çıxarılmalıdır. Sərhədlərin müəyyənləşməsi, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalıdır. Bunlar görüşün əsas gündəmi olmalıdır. Nə qədər Ermənistanın nazı ilə oynayacaqlar?!”, – deyə siyasi analitik fikrini yekunlaşdırıb.

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button