Laçında işğalçıların yerində qanunsuz kilsə tikdikləri evin sahibi Moderator.az-a danışdı…

Bu qanunsuz hayk kilsəsinin Azərbaycan dövləti tərəfindən sökülüb həmin məkanın o yurdun işğalçıların evini dağıtmış olduğu əsil sakininə qaytarılması istər yerli, istərsə də beynəlxalq qanunlara tamamilə uyğundur…

 

Qubad İbrahimov:  “Söhbət mənim şəxsi evimdən yox, ümummilli məsələdən, yəni Laçın şəhərində işğaldan öncə tarix boyu  heç bir erməni kilsəsinin olmamasını və hazırkı kilsənin  işğal dövründə tam qanunsuz olaraq tikildiyini bütün dünyaya sübut etməkdən gedir…”

 

Xəbər verdiyimiz kimi, haykların on illərdir dünyaya “tarixi erməni abidəsi” kimi sırımağa çalışdıqları və avqustun 18-də sonuncu üzdəniraq dini tədbirlərini keçirdikləri Laçındakı erməni kilsəsi 1996-1998-ci illərdə qanunsuz olaraq yerli sakin, Azərbaycan vətəndaşı  Qubad İbrahimova məxsus evin yerində tikilib.

 

Moderator.az əməkdaşı artıq tezliklə adlaının önündəki “Laçından məcburi köçkün” ifadəsi ilə rəsmən vidalaşacaq Qubad İbrahimov və oğlu Namiq İbrahimli ilə əlaqə saxlayıb. 

Həmsöhbətimiz, uzun illər Laçınla yanaşı, Şuşa, Xankəndi ərazilərində tikinti-inşaat işlərində rəhbər vəzifələrdə çalışmış Qubad İbrahimov 1988-ci ildə o dövrkü  müvafiq rayon qurumlarının qərarıyla Laçın şəhəri, Həzi Aslanov 35 ünvanında 300 kv.m sahədə tikilib istifadəyə verilmiş yaşayış evinin sənədlərini təqdim edib, evin tikilməsi və s. haqda məlumat verib. 

 

Bu mövzuda daha geniş informasiya topladıqdan sonra yaxın müddətdə materialı bütövlükdə dəyərli oxucularımıza təqdim edəcəyik.

 

Hələlik isə onu bir daha əminliklə demək mümkündür ki, Laçın şəhərindəki eyni ünvanda Azərbaycan vətəndaşının evinin olması faktı da sənədlərlə təsdiqini tapdıqdan sonra bəhs edilən üzdəniraq hayk kilsəsinin Azərbaycan dövləti tərəfindən sökülərək həmin məkanın o yurdun işğalçıların evini dağıtmış, yaşam haqlarını tapdamış olduğu əsil sakininə qaytarılması istər Azərbaycan, istərsə də beynəlxalq qanunlara tamamilə uyğun olar. Və buna ermənilərlə, Ermənistanla ilə yanaşı, hər hansı beynəlxalq qurumun da zərrə qədər etiraz etməyə haqqı və hüququ yoxdur. Əksinə, Ermənistan işğalçı dövlət olaraq Qarabağın, Şərqi Zəngəzuru, o cümlədən Laçın rayonunun digər didərgin sakinləri kimi  vətəndaş Qubad İbrahimova da yaşayış evinin bərpası üçün kompensasiya ödəməlidir…

 

Amma vətəndaş Qubad İbrahimov bildirir ki, inşallah, Laçın şəhəri tam nəzarətimizə  götürüldükdən sonra Azərbaycan dövlətinin sözügedən kilsə barədə tam ədalətli qərar verəcəyinə inanır. Və söhbət onun şəxsi evindən yox, ümummilli məsələdən, yəni Laçın şəhərində işğaldan öncə tarix boyu erməni kilsəsinin olmamasını və hazırkı kilsənin işğal dövründə tam qanunsuz olaraq tikildiyini bütün dünyaya sübut etməkdən gedir…

 

Moderator.az-ı izləyin!..

 

Sultan Laçın  

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button