Moskvada ən tanınmış rusiyalı narkoloq qan üzərində biznes qurmaqda şübhəli bilindi…

“Mən istintaqın həqiqəti üzə çıxarmasında və bu işdə hər şeyin aydınlaşdırılmasında hamıdan çox maraqlıyam…”

 

“Saxlanılanlar xüsusilə iri dələduzluqda ittiham edilir…”

 

Moskvanın ştatdankənar baş narkoloqu Yevgeni Bryun oktyabrın 3-dək ev dustaqlığına göndərilib.

 

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın  “İnterfaks” informasiya agentliyi məlumat yayıb.

 

Bu, Moskvanın istintaqın vəsatətini təmin edən Kuzminsk məhkəməsinin qərarıdır.

 

İstintaq iddia edib ki, Bryun narkologiyada vacib şəxsdir və öz əlaltıları ilə birlikdə sübutları məhv edə bilər.

 

“Mən istintaqın həqiqəti üzə çıxarmasında hamıdan çox maraqlıyam, mən gizlənmək və ya nəyisə gizlətmək fikrində deyiləm, mən bu işdə hər şeyin aydınlaşdırılmasında hamıdan çox maraqlıyam”, – bunu iclasın gedişində Bryun bəyan edib.

 

Elə həmin gün Kuzminsk məhkəməsi Rusiya narkoloji liqasının vitse-prezidenti Vladimir Yakuşevi də ev dustaqlığına göndərib.

 

Məlumatda deyilir ki, Yakuşev məhkəmədən öncə əməkdaşlıq barədə saziş imzalayıb.

 

Bryun və Yakuşev xüsusilə iri dələduzluqda ittiham edilir (RF CM-in 159-cü maddəsinin 4-cü hissəsi).

 

Rusiyanın “İzvestiya” qəzetinin məlumatına görə, bu işlə bağlı üç nəfər saxlanılıb.

 

İstintaq saxlanılanıarın dövlət müəssisələri tərəfindən artırılmış qiymələrlə affilə edilən şirkətlərdən istifadə etməklə narkoloji asılılığın müəyyən edilməsi üçün testlər və reagentlərin alınmasını təşkil etməkdə şübhəli bilinib.

 

Nəşrin məlumatına görə, saxlanılanlar tamah məqsədilə tərkibində CDT (karbohidrat-defisit-transferrin) maddəsinin mövcudluğunu öyrənmək üçün qan analizinin verilməsini nəzətdə tutan reqlamentin qüvvəyə minməsindən sonra Rusiya Federasiyası hərəkətin təhlüləsizliyi üzrə Dövlət inspeksiyası üçün tibbi arayışların alınmasından istifadə edə bilərdilər.

 

Nəşrin yazdığına görə, Bryun, guya, öz əlaqələrindən istifadə edərək, regional səhiyyə müəssisələrinə yoxlamadan keçmək üçün aparatlar və reagentlərin alınmasında yardım edib.

Yevgeni Bryun özünü müqəssir hesab etmir.

 

Rusiya Səhiyyə Nazirliyinin 19 avqust 2022-ci il tarixli qərarı ilə Yevgeni Bryun idarənin ştatdankənar baş psixiatr-narkoloq vəzifəsindən azad edilib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button