“Putin nə etdiyini bilir, onun məhkəməsi tez baş tutacaq”

 “Rusiyanın Ukraynaya qarşı cinayətləri üzrə Xüsusi tribunal yaradılacaq…”

 

“Miloşeviç təcrübəsi göstərib ki, hətta ən yüksək vəzifəli məmur da tez və ya gec öz cinayətlərinə görə cəzalandırılacaq”

 

“Putin nələrin baş verdiyindən xəbərdar olub, istədiyini edib, dinc əhaliyə qarşı şüurlu surətdə cinayətlər görədib”

 

Rusiya-Ukrayna müharibəsi başlanandan Rusiya prezidenti Vladimir Putin öz ordusunun Ukraynada törətdiyi cinayətlərdən çox gözəl xəbərdar olub, ona görə də müharibə bitəndən sonra onun məhkəməsi tez baş tutacaq.

 

Moderator.az xəbər verir ki, bu fikri Beynəlxalq tribunalın prokuroru Ceffri Nays “Espreso” telekanalına müsahibəsində ifadə edib.

 

Onun sözlərinə görə, rusiyalı əsgərlərin Ukraynada törətdikləri ilk cinayətlərdən sonra Putin qanunsuzluğa son qoya bilərdi, lakin o, şüurlu surətdə bunu etməyib. 

 

Rusiyalıların cinayətkar hərəkətlərinin sübutlarının olduğunu nəzərə alaraq, Kreml rəhbəri üzərində tribunal çox zaman aparmayacaq.

 

“Cinayətlərin və ya qeyri-hərbi hədəflərin dağıdılmasının kifayət qədər sübutları və dəqiq strukturu mövcuddursa, bu, müharibənin aparılmasın qaydaları kodeksinin dəqiq pozulmasıdır. O, bunu bilib. Biz müharibənin ilk günlərində nələrin baş verdiyini görürük. Putin nələrin baş verdiyindən xəbərdar olub, öz adamlarını dayandıra bilərdi. O, istədiyini edib. O, davam edib. Biz görürük ki, o, şüurlu surətdə hərəkət edib, dinc əhaliyə qarşı cinayətlər törədib. Və bu o deməkdir ki, məhkəmə prosesi uzun çəkməməlidir”, – Nays buna əmin edib.

 

Ceffri Nays britaniyalı barrister və Kral vəkilidir. Uyğur tribunalının sədridir. Çin üzrə tribunalın sabiq sədridir. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq tribunalda Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviç üzərində aparılan prosesdə baş ittihamçı olub.

 

Bu arada Ceffri Nays Ukrayna prezidenti Ofisi rəhbərinin müavini Andrey Smirnovla və Ukrayna diplomatik idarəsinin xüsusi tapşırıqlar üzrə səfiri Anton Korineviçlə görüşüb.

 

Görüş zamanı Rusiyanın Ukraynaya qarşı cinayətləri üzrə Xüsusi tribunalın yaradılması və Rusiyanın ali siyasi və hərbi rəhbərliyinin mühakimə edilməsi məsələsi müzakirə edilib.

 

“Mən bunu tamamilə məntiqi təşəbbüs hesab edirəm və Rusiyanın siyasi rəhbərliyinin aqressiv cinayətlərinin araşdırılması üçün beynəlxalq tribunalın yaradılması zərurətini tamamilə bölüşürəm. Əminəm ki, bunu tez bir zamanda yaratmaq mümkündür. Və mən Ukraynaya, heç bir skeptik dəyərləndirmələrə rəğmən, ədalətin təntənəsinə doğru inamla irəliləməsini arzulayıram, – bunu Kral hüquq müdafiəçisi bəyan edib.

 

Miloşeviç təcrübəsi göstərir ki, hətta ən yüksək vəzifəli məmur da tez ya gec öz cinayətlərinə görə cəzalandırılacaq. Bu, tam mənada Vladimir Putinə də aiddir”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button