“Putinin diktatura rejimindən asılılıq alman demokratiyasının əxlaqını pozub…”

 “Dərhal qaz embarqosu tətbiq edin”: “Femen”-in qadın fəalları Şoltsa çılpaq  sinələrini göstərib

 

“Rusiya qazına pulumuz yoxdur! Müharibəni maliyyələşdirməyimiz yetər!..”

 

“Almanıyanın barışdırıcı siyasi kursu ölkənin Rusiyadan asılılığına gətirib çıxarıb”

 

 

Bazar günü, avqustun 21-də Almaniya federal hökumətinin açıq qapılar günündə iki qadın Dəftərxana bağında kansler Olaf Şoltsla fotosessiyadan istifadə edərək, Rusiyaya qarşı qaz embarqosuna çağırış edib. Etiraz əlaməti olaraq onlar qurşağadək soyunublar.

 

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın “Fokus” nəşri məlumat yayıb.

 

Dərc edilən videolardan görünür ki, qızlardan iki nəfəri şəkil çəkdirmək üçün kanslerə yaxınlaşır və hər iki tərəfində dayanır.

 

Bir neçə saniyədən sonra qadın fəallar soyunub və bədənlərində “Qaz embarqosu indi tətbiq edilsin” yazılarını görmək mümkün olub”.

 

Növbəti kardlarda mühafizəçilərin dərhal onlara yaxınlaşıb qadın fəalları aparmaq istədikləri görünür. 

 

“Rusiya qazına pulumuz yoxdur! Müharibəni maliyyələşdirmək yetər!” – qadın fəallar mühafizəçiləri onları kənarlaşdıran zaman bu şüarları səsləndirib və toplananlar ətrafına vərəqələr yayıb.

 

Eyni zamanda, baş verənlərdən kanslerin əhvalı pozulmayıb, o, çöhrəsində təbəssümlə dayanıb, pərtlik və təəccüb hissi keçirib. 

 

Mühafizəçilər qadın fəalları uzaqlaşdırdıqdan sonra Şolts tədbirin digər ziyarətçiləri ilə şəkil çəkdirib.

 

Sonradan “Femen” hərəkatı “Facebook”da etiraz aksiyasının səbəblərini izah edib. 

 

Onlar bəyan edib ki, Almaniya Ukraynaya kifayət qədər dəstək vermir və Kreml rəhbəri Vladimir Putin rejiminin möhkəmlənməsində böyük rol oynayıb.

 

“Son illər Almaniyanın barışdırıcı siyasi kursu ölkənin Rusiysdan asılılığına gətirib çıxarıb.  Bu gün Ukrayna xalqına qarşı soyqırım müharibəsi aparan Putinin diktatura rejimindən bu asılılığı bizim alman demokratiyamızın əxlaqını pozub…

 

Rusiya Ukayna şəhərlərini dağıdan və dinc insanlarını qətlə yetirən zaman öz energetika tədrükündən Avropaya qarşı silah kimi istifadə edir”, – qadın fəalların məlumatında deyilir.

 

Almaniyanın energetika sektorunu nizamlayan Federal şəbəkə agentliyinin prezidenti Klaus Müller bundan öncə bəyan edib ki, əgər Rusiya Avropaya qaz tədarükünü tamamilə kəsərsə, Almaniyanın yanacağı 3 aydan az müddətə yetəcək.

 

Müllerin sözlərinə görə, qaz ehtiyatlarının noyabr ayınadək 95 faiz doldurulması yaşayış sektoru, sənaye və energetika müəssisələrinin tələbatını 2-2,5 aya ödəyəcək. 

 

Hal-hazırda bu ehtiyatlar 77 faiz doldurulub. 

 

Yaranmış vəziyyətlə bağlı Almaniya hakimiyyəti mavi yanacağa qənaət edillməsi üzrə təcili tədbirlər görür-sənayeçıləri və əhalini qaza qənaət etməyə çağırış edir, habelə qazdan istifadəyə vergi qoyur.

 

Güman edilir ki,  bu tədbirlər istehlalçıları yanacağın alternayiv növlərinə keçməyə stimullaşdıracaq.

 

Bu arada isə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev belə fikir söyləyib ki, Avropada qazın qiymətinij rekord artımı ilə əlaqədar olaraq suyun gigiyenik prosedurlar üçün qızdırılması imkanı yalnız Almaniya kansleri Olaf Şoltsda var.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button