Son 12 erməni ailəsi Azərbaycanın nəzarətinə keçməkdə olan Sus kəndini tərk etdi

Azərbaycanın nəzarətinə keçməkdə olan Laçının Sus kəndini son 12 erməni ailəsi tərk edib, bir sakin isə qalıb, yaxın günlərdə kəndi o tərk edəcək.

 

Bu barədə Sus kəndinin administrasiyasının rəhbəri Mxitar Nersisyan NEWS.am-a müsahibəsində bildirib.

 

“Müharibədən sonra kənddə 12 ailə yaşayırdı, əsasən onlar Ermənistanın müxtəlif bölgələrinə köçmək arzusunu ifadə edirdilər, yalnız bir ailə Qarabağa köçmək istəyir. Hazırda kənddə işıq yoxdur, əlaqə yoxdur, hər şey sökülüb”.

 

Kənd icra başçısı qeyd edib ki, sakinlər dəfn olunmuş qohumlarının qalıqlarını da özləri ilə aparıblar.

 

“2020-ci il müharibəsindən sonra biz düşünürdük və ümid edirdik ki, Sus, Laçın və Zabux icmaları bir dəhliz olaraq qalacaq, ümid edirdik ki, Sus sakinləri qayıdıb yenidən yaşayacaq, lakin hadisələr başqa cür inkişaf edib. Bu iki ildə hələ sağalmayan yaralar yenidən insanları incidir, sakinlər çox üzülür, pərişan olur. Avqustun 20-də Zoravarner parkında camaatımızda şam yandırma mərasimi təşkil etdim, torpağımıza, suyumuza söz verdik ki, bir daha qayıdacağam, torpağımızla, suyumuzla vidalaşmadıq. Hər halda nə vaxtsa torpağımızı azad edəcəyimizə ümid var”.

 

İcra başçısı qeyd edib ki, kənd sakinləri əvvəlcə evləri yandırmaq qərarına gəliblər, lakin sonradan fikrini dəyişiblər, çünki onları böyük çətinliklə tikiblər, yalnız kəndə bitişik çəmənliklər yanıb.

 

Qeyd edək ki, Susda müharibədən əvvəl xaricdən və Ermənistanın  müxtəlif bölgələrindən köçürülən 49 ailə yaşayırdı.

 

Xatırladaq ki, qondarma rejimin “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan Laçın və Zabux sakinlərinə avqustun 25-dək evlərini tərk etməli olduqlarını bildirmişdi. Artıq əhalinin əsas hissəsi yaşayış məntəqələrini tərk edib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button