“18 il ginekoloq işləyə-işləyə, həm də filmlərdə çəkilirdim…”

“Həmin qəzadan sonra məni yox, Xuraman Qasımovanı baş rola çəkdilər”

 

“Mən hər zaman istəmişəm ki, kinoda olum. Mənim üçün fərq etməyib, ya baş rol, ya da epizod. Kinonun içində olmaq istəmişəm. Kinoya çəkiləndə mənə dünyaları bağışlayırdılar. Baş rolla başlamışam, daha sonra epizodlarda çəkilmişəm”

 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Rəna Səlimova deyib. Aktrisa daha sonra “Mən ki, gözəl deyildim” filminə dəvət almasından da danışıb.

 

““Mən ki, gözəl deyildim” filminin ilk çəkiliş günündə çox böyük qəza baş verdi. Belə ki, filmin ilk çəkilişlərini lentə almaq üçün Lənkərana. Məni də Səidə obrazına dəvət etmişdilər. Liman qəsəbəsində döyüş səhnəsini çəkilirdi. Texniki səhv ucbatından partlayış oldu, 4 nəfər rəhmətə getdi. Beş nəfər də yaralandı. Filmin operatoru Rasim Ocaqov da yaralanmışdı. O hadisədən sonra filmin çəkilişləri təxirə salındı. Sonra filmi rejissor Ağarza Quliyevlə Tofiq Tağıyev çəkdi. Səidə obrazına da Xuraman Qasımovanı dəvət etdilər. Mən bu filmdə çəkilmişəm” deyə sənətkar bildirib.

Rəna Səlimova tibb sahəsində də çalışdığını bildirib.

 

“Ginekologiya sahəsini bitirmişəm, 18 il bu sahədə ginekoloq çalışmışam. Kinoya çəkilə-çəkilə işləyirdim. İndi fikirləşirəm ki, kaş kino sahəsində yox, tibb sahəsində çalışardım. Bunlar fərqli sahələrdir. Amma kino, incəsənət sahəsi çox vəfasızdır. Bir gün çəkilməsən yaddan çıxırsan. Məni amma heç kim yaddan çıxarmayıb. Çünki böyük rejissorların filmlərində çəkilmişəm, “uşaq-muşağ”-ın yox” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button