Avqustun 26-dan Laçın rayonunun ərazisi sülhməramlılar tərəfindən akt ilə Azərbaycana təhvil təslim ediləcək

Erməni silahlılarının Laçın rayonunun rusların nəzarətində olan ərazilərdən çıxarılması demək olar ki, tam başa çatdı. Paaralel olaraq Rusiya sülhməramlıları da dünəndən hərbi infrastrukturunun sökülərək yeni əraziyə daşınması ilə məşğuldur. Prosesin avqustun 25-də başa çatması gözlənilir. Ardınca isə, böyük ehtimalla avqustun 26-dan Azərbaycan Ordusunun hissə və bölmələri, digər təhlükəsizlik qüvvələrinin və ANAMA əməkdaşları əraziyə daxil olacaq və Laçın rayonunun ərazisi sülhməramlılar tərəfindən akt ilə Azərbaycana təhvil təslim ediləcək. 

Laçın şəhərinin, Laçın dəhlizinin və ətraf kəndlərin 30 illik düşmən tapdağından azad olunması, 26 sentyabrda Laçının mərkəzində Azərbaycan Bayrağının dalğalanması müzəffər Ali Baş Komandanımızın və Qəhrəman Ordumuzun xalqımıza, dostlarımıza və həmin gündə ad gününü qeyd edən Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevaya ən böyük hədiyyəsidir. 

 

Allah şəhidlərimizə rəhmət eləsin, yaralı, veteran və əsgərlərimizə can sağlığı versin.

Qarabağ və Zəngəzur Azərbaycandır!

 

Ədalət Verdiyev, hərbi ekspert

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button