Ukrayna döyüşçüləri Bayraq günündə Rusiya işğalçılarını qaçmağa məcbur etdi…-RƏSMİ

Ukrayna ordusu Bayraq günündə və Dövlət Müstəqilliyi günü ərəfəsində işğalçı Rusiya ordusunu bəzi istiqamətlərdə qaçmağa məcbur edib.

 

Moderator.az “UNİAN”a istinadla xəbər verir ki, bu haqda Ukrayna ordusunun Baş Qərargahının məlumatında bəhs edilib.

 

“Slavyanska istiqamətində düşmən Krasnopolye və Mazanovkadan bir qədər aralıda artilleriya atəşi həyata keçirib. Boqorodiçnıda isə kəşfiyyat aparmağa çalışıb. Ukrayna döyüşçüləri işğalçılara atəş açıb və onları qaçmağa məcbur ediblər.

 

Xarkov istiqamətində isə işğalçılar Odnorobovka, Karasovka, Borşeva, Pobeda, Russkaya Lozovaya, Zamulovka, Bazaliyevka, Puşkarnoye, Mospanovo, Slobojanskoye, Qusarovka və Çepol yaşayış məntəqələrinin ərazilərini top və reaktiv artilleriyadan atəşə tutublar. Düşmən Mospanovo, Qusarovka və Prudyanka yaxınlığına hava zərbələri endirib. Dementyevka yaxınlığında PUA-larla hava kəşfiyyatı aparıb.

 

Donetsk istiqamətində isə düşmən Baxmut və Avdeyevski istiqamətlərində aktiv əməliyyatları davam etdirir”- məlumatda belə deyilir.

 

Digər məlumata görə, avqustun 24-nə keçən gecə Ukrayna hərbi hava qüvvələri şərq istiqamətində Rusiyanın “Ka-52” helikopterini vuraraq məhv edib…

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button