Kiyev vilayətində partlayış səsləri eşidildi, amma…-RƏSMİ

Avqustun 25-nə keçən gecə səhərə yaxın Kiyev vilayətində gurultulu partlayışlar baş verib.

 

Moderator.az “UNİAN”a istinadla xəbər verir ki, bu barədə yerli vaxtla saat 04:42-də(Bakı-05:42) Kiyev VHA-nın rəhbəri Aleksey Kuleba Telegram-da məlumat paylaşıb.

 

“Vışqorodski rayonunun icmalarından birində bir neçə partlayış səsi barədə məlumat var. Məlumatı dəqiqləşdiririk. Fövqəladə xidmətlər artıq işləyir. Dəqiqləşdirmə aparılır”, –  administrasiya rəhbəri belə yazıb.

 

Hadisə şahidlərinin sözlərinə görə, partlayış yerində yanğın baş verib.

 

Kuleba bölgə sakinlərini həyəcan siqnalına biganə yanaşmamağa çağırıb.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button