Məşhurlarımız harada və necə istirahət edirlər? – SORĞU

Yay fəslində bütün sahələr kimi şou-biznes əhli də istirahətə yollanır. Onlar da məzuniyyətin nə qədər vacib olduğunu anlayırlar. Məşhurların hər biri fərqli formada istirahət edir. Çoxları da xaricdə dincəlməyi üstün tutur. Bəs görəsən yerli məşhurlar istirahət edə bilirlər?

 

Moderator.az məşhurlardan sorğu edib.

 

Xalq artisti Firəngiz Mütəllimova bildirib ki, ən gözəl istirahətini doğma Şuşada edib.

 

“Yay istirahətimiz normal keçir. Bilirsiniz ki, bu xəstəlik bizdən hələ də tamamilə əl çəkməyib. Ona görə də insanların çox olduğu yerlərə getmirik, özümüzü qoruyuruq. Ən gözəl istirahətim mənim bu il Şuşada olduğum günlərim olub. O abu-hava ilə yaşayıram. Hərdən elə bilirəm ki, Cıdır düzündə gəzirəm, Şuşada yağış yağır, hər axşam Şuşanın havasına baxıram. İnşallah tezliklə yenə də gedərəm” deyə sənətkar bildirib.

 

Əməkdar artist Gövhər Rzayeva hələ də istirahət edə bilmədiyini bildirib.

 

“Hələ istirahət edə bilməmişəm, şəhərdəyəm. Hər yer istidir, hara gedim? Gərək pul olsun ki, adam getsin. Sözün düzü imkan da yoxdur. Görək də başımıza nə gəlir” deyə o bildirib.

 

Müğənni Sevda Sanaliyeva isə övladları ilə istirahətə üstünlük verib.

 

“Ölkədən kənara çıxmamışıq, sadəcə rayonlarda, bir neçə istirahət mərkəzində dincəlmişik. Təbii ki, övladlarımla birlikdə idim. Onların istirahəti elə bizim istirahətimizdir. Allah bütün balaları qorusun” deyə müğənni bildirib.

 

Əməkdar artist Könül Kərimova hazırda Rusiyada olduğunu bildirib.

 

“Hazırda ailəmlə birlikdə Rusiyada, Moskva şəhərindəyəm. Burada bir-iki işim var, onları yoluna qoyandan sonra Yessentukiyə, ordan da İstanbula istirahətə yollanacam. Hamıya xoş istirahətlər arzulayıram” deyə müğənni bildirib.

 

Müğənni Roza Zərgərli iş ilə istirahəti bir yerdə etdiyini bildirib.

 

“Həm işlədim, həm də istirahət etdim. Amma istirahətim hələ də davam edir. Ölkə xaricində də oldum, Azərbaycanda da. İstirahətdən qayıdandan sonra sizə ətraflı məlumatlar verəcəm” deyə sənətçi bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button