“Sabah qızlarına elçi gələcək, oğulları üçün qapılara gedəcəklər, amma adam söz tapmır…”

“Sənətdə hal-hazırda biyabırçılıq, mədəniyyətsizlikdir. Hər yoldan, küçədən keçəni efirlərə çıxarırlar. Başa düşürsünüz yəqin ki, nə demək istəyirəm?! Sənət getdi! Düzdü, yaxşılar da var, amma əksəriyyəti biyabırçılıq, bərbaddır. Hər şey o vaxt gözəl idi”

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi deyib. O daha sonra əlavə edib.

“Sənətə başqa məqsədlər üçün gəlirlər. Sənət qalır bir tərəfdə, özlərini, bədənlərini nümayiş etdirirlər. Nələri varsa açıb qoyurlar ortalığa! Ağızlarına da nə gəlir danışırlar. Kimin nəyinə lazımdır ki, sən uşağı necə və kimdən dünyaya gətirirsən?! Artıq vəziyyət dözülməzdir. Yavaş-yavaş sözümü deyirəm, mənə elə gəlir ki, heç bunun xeyri də yoxdur. Onsuz da öz bildiklərini edirlər. Tamaşaçılar da mənimlə həmfikirdirlər. Mənə bilirsiniz nə maraqlıdır? Bunların övladları yoxdur? Xəcalət çəkmirlər?! Sabah qızlarına elçi gələcək, oğulları üçün qapılara gedəcəklər, o hərəkətləri ki, onlar edirlər, söz tapa bilmirəm. Heyf bu sənətdən! Biz yaxşı vaxtda sənətə gəlmişik. Biz sənətə gələndə müğənniləri barmaqla sayırdılar. İndi onların bir çoxu dünyasını dəyişib. O vaxt sənət əlçatmaz idi, hər adam gələ bilmirdi” deyə müğənni bildirib.

 

Ruhəngiz Musəvi bildirib ki, gənc müğənnilərə hər zaman dəstək olub.

 

“Məni gənc müğənnilər harada görürlərsə xoş sözlər deyirlər. Çalışıram ki, onların yaxşılarına, sənət üçün canı yananlara dəstək olum. Bəzilərində paxıllıq var, amma məndə yoxdur. Tədbirlərə, el şənliklərinə düşürük tez-tez, deyirlər ki, “Ruhəngiz xanım, üzr istəyirik, sizin qabağınızda oxuyuruq”. Belələri də var. Mən bəzi müğənniciklər çıxıb meydana, onlardan gileylənirəm. Həm müğənni, həm xanım, həm də insan kimi sevilmişəm. Mən bilirsiniz niyə xoşbəxtəm? Həm ifamı, həm xarici görünüşümü qoruyub saxlamışam. Səsim də şükür Allaha yerindədir. Məni görəndə deyirlər ki, “Ruhəngiz xanım, siz tarixdə qalan müğənnisiz”. Harada görürlərsə xoş sözlər deyirlər. Gənc nəsil də, orta nəsil də, yaşlı nəsil də. Kim məni görürsə üzlərində təbəssüm, sevgi baxışı yaranır” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button