“ABŞ və Fransa Qafqaz bölgəsində sülh və əmin-amanlığın əleyhinədir…”

Tofiq Abbasov: “Onların Şuşaya dəvəti qəbul etməmələri başqa cür düşünməyə əsas vermir”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev  Fransa və ABŞ səfirlərinin Şuşaya dəvəti qəbul etməməsini Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətləndirib,  onları bu mövqeyinə görə haqlı olaraq qınayıb.

 

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyən qüvvələrin Qafqazda sülh və əminamanlığın mövcudluğunda maraqlı olması inandırıcı görünmür:

 

“Əslində bu davranış ondan xəbər verir ki, bu dövlətlər Qafqaz bölgəsində sülh və əminamanlığın əleyhinədirlər. Çünki Azərbaycan dövlətinin gördüyü işlər bölgədə beynəlxalq hüquq normalarının bərqərar olmasına hesablanıb. Azərbaycanın reallaşdırdığı təşəbbüslərn hamısı sabitlik və əminamanlığa nail olmaq məqsədinə xidmət edir. Bunu görməmək mümkünsüzdür.

 

Azərbaycan işğaldan azad edilən torpaqlarda genişmiqyaslı quruculuq işləri həyata keçirir. Biz bütün dünya birliyini, o cümlədən ölkəmizdəki diplomatik nümayəndələri agah edirik ki, erməni vandalizmi reallıqda nə deməkdir. Azərbaycana qarşı anlaşılmaz demarş edən dövlətlərin diplomatları, bu dövlətlərdəki bəzi qüvvələr hələ də müəyyənləşdirməyiblər ki, onun nəyin tərəfindədirlər: sülh və aminamalığın, yoxsa vəhşiliyin və barbarlığın. ABŞ və Fransa səfirlərinin Şuşaya dəvəti qəbul etməmələri də bu prizmadan qiymətləndirilməlidir”.

 

Seymur ƏLİYEV

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button