Bu gün dünyada baş verən hər üçüncü ölüm istilərlə bağlıdır…

Yeni tədqiqat: iqlim dəyişikliyi Yerin bir çox regionlarını həyat üçün yararsız edə bilər…

 

“2100-cü ildə tropik və subtropik zonalarda ekstremal istilər müşahidə ediləcək…”

 

“Böyük ehtimalla, 2050-ci ildə kritik hərarət keçiləcək…”

 

“Selsi şkalası üzrə hərarətin 40 dərəcədən yüksək olması təhlükəli, 51 dərəcədən yuxarı olması fövqəladə təhlükəlidir…”

 

“2050-ci ildə təhlükəli hərarət ilin yarısı, 2100-cü ildə ilboyu müşahidə ediləcək…”

 

İqlim dəyişikliyi Yerin ekvatora yaxın yerləşən bir çox regionlarında həyat üçün təhlükə törədə bilər.

 

Moderator.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri yazıb.

 

Tədqiqatlar göstərib ki, əgər bəşəriyyət qlobal istiləşməni məhdudlaşdıra bilməsə, o zaman Hindistan, Ərəbistan yarımadası və Afrikanın Saxaradan cənuba doğru yerləşən ölkələri daxil olmaqla, tropik və subtropik rayonlarda 2100-cü ildə ilin çox hissəsi ekstremal istilərlə keçəcək. Orta enliklər hər il isti dalğaların təsirini hiss edəcək.

 

Bu ssenarinin qarşısını almaq üçün havanın hərarətinin indusrtial dövrdən öncəki dövrə nisbətən 2 dərəcə yüksəlməməsi lazımdır. 

 

Alimlərin proqnozu məyusedicidir. Böyük ehtimalla, kritik hərarət 2050-ci ildə keçiləcək. Bu, ölüm hallarının artmaslna gətirib çıxara bilər. Artıq bu gün qlobal istiləşmə dünyada baş verən hər üçüncü ölüm istilərlə bağlıdır.

 

Daha bir vacib göstərici havanın hərarətidir. Alimlər hətta “istilik indeksi” anlayışını tətbiq edir, bu, havanın hərarəti ilə kölgəli yerlərdə nisbi rütubəti özündə birləşdirir. O, insanın hiss etdiyi ekvivalent hərarəti müəyyən edir.

 

Hesab edilir ki, insanın tab gətirə biləcəyi maksimal ekvivalent hərarət Selsi şkalası üzrə 93 dərəcədir. Lakin yeni tədqiqat göstərib ki, 100 faizli rütubətdə hətta gənc və sağlam insanlar da termometrin sütunu 31 dərəcəni keçərsə, ölə bilər. İstənilən halda Selsi şkalası üzrə hərarətin 40 dərəcədən artıq olması təhlükəli hesab edilir, 51 dərəcədən yuxarı fövqəladə təhlükəlidir.

 

1979-1998-ci illər ərzində tropik və subtropik zonalarda təhlükəli hərarət ildə günlərin 15 faizi qədər müşahidə edilib, fövqəladə təhlükəli hərarət qeydə alınmayıb.

 

2050-ci ildə gözlənilir ki, bu regionlarla təhlükəli hərarət təqvim ilinin yarısı, 2100-cü ildə isə, demək olar ki, bütün ilboyu müşahidə ediləcək. Üstəlik, ilin dörddə bir hissəsi fövqəladə təhlükəli hərarət dövrünə təsadüf edəcək. Tədqiqat müəllifləri qeyd edir ki, bunun nəticələri insanlar üçün çox ciddi olacaq.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button