“Bu işlə kimsə xüsusi məşğul olur, hamısını silir…”

Xalq artisti, sevilən müğənni Brilliant Dadaşovanın başına iş gəlib.

 

Moderator.az-a açıqlama sənətkar bildirib ki, yutub sosial şəbəkəsindən mahnılarını siliblər.

“İndi yutuba baxsanız görəcəksiniz ki, mahnılarım 2-3 il bundan öncə yüklənilib. Çünki 20 il bundan əvvəl internetdə, yutubda olan mahnılarımın hamısını siliblər. Bu işlə kimsə xüsusi məşğul olur. Nə gözəl ki, məni qəlblərdən silə bilmirlər. O mümkün deyil! Tək məni yox, ümumiyyətlə qəlbdə olan insanları silmək mümkün deyil” deyə sənətkar bildirib.

 

Xalq artisti bildirib ki, bütün nəsillərin onu dinləməsi xoşuna gəlir.

 

“Çox xoşdur ki, məni yalnız “uşaq-muşaq” yox, ahıl, qocaman, musiqini bilən insanlar da dinləyirlər. Bu mənim üçün təsəlliverici bir haldır. Çünki mən də uşaq olanda bilmədiyim bəzi mahnılara qulaq asırdım. Biləndə isə deyirdim ki, “bunu nə pis oxuyublar?”. İnsan dərk etdikcə bunu bilir, başa düşür. Görünür ki, o insanlar da mənim oxuduğum  mahnıda, musiqidə dünyanı, həyatı daha çox dərk edirlər. Demək ki, bu məhəbbət hələ də davam edir. Mən belə fikirləşirəm ki, “kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Hər nə sənət sahibi olursa-olsun insan onun kamili olmalıdır” deyə xalq artisti bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button