Aİ rusiyalılar üçün vizalar verilməsinin asanlaşdırılan qaydasını ləğv edəcək…

“Bu, Avropa İttifaqı ölkələri arasında bu məsələdə fikir ayrılığı şəraitində “qızıl orta” demək olacaq…”

 

“Qərar qəbul edilərsə, Rusiya vətəndaşları Şengen vizasını əldə etmək üçün daha mürəkkəb bürokratik prosesdən keçməli olacaq…”

 

Çərşənbə axşamı, avqustun 30-da Çexiyada Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin sammiti işə başlayacaq.

 

Qərb mətbuatının məlumatlarına görə, sammitdə Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsinin asanlaşdırılan qaydalarının ləğv edilməsinin təsdiq olunması planlaşdırılır.

 

Moderator.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin jurnalistlərinə sammitin gündəliyindən xəbərdar olan üç avropalı məmur məlumat verib. Bundan öncə isə bu məlumatlar “Bloomberg” iqtisadi nəşrin redaksiyasına “sızıb”.

 

İcmalçılar qeyd edir ki, bu tədbir Ukraynanın və Baltikyanı ölkələrin Rusiya vətəndaşlarına viza verilməsini tamamilə ləğv edilməsi tələbləri ilə hakim totalitar rejimin hərəkətlərinə görə ölkə əhalisini cəzalandırmağa imkan verməyən baza hüquq və etik normalar arasında “qızıl orta” təşkil edir.

 

Rusiyalılar üçün Şengen vizalarının verilməsinin asanlaşdırılan qaydası 2007-ci ildən qüvvədədir. 

 

Turist qismində və ya “özəl məqsədlərlə ölkəyə giriş üçün xarici pasport, daxili pasportun surəti, sorğu anketi, iki fotoşəkil, tibbi sığirta və 35 avro məbləğində gömrük rüsumu ödəmişi tələb olunur.

 

Bundan başqa, “marşrutun təsdiqi”, yəni aviabiletlər, nəzərdə tutulan yaşayış yerləri və maliyyə müstəqilliyinin təsdiqi lazımdır.

 

Bu sənədlər təqdim edildikdə, adətən, rusiyalılara dərhal 5 il müddətində Şengen vizası verilib.

 

Əgər vizalar verilməsinin asanlaşdırılan qaydası ləğv edilərsə, Rusiya vətəndaşları daha mürəkkəb bürokratik prosesdən keçməli olacaq, nəticədə vizalar maksimum bir ilə veriləcək, viza rüsumu isə 80 avroyadək artacaq.

 

Bəziləri bu aksiyanı rusiyalıların Avropa İttifaqına girişinə Şərqi Avropanın bəzi ölkələrinin tələb etdiyi kimi tamamilə qadağa qoyulmasına prelyudiya hesab edir. 

 

Lakin sammit hələ başlamayıb, ona görə də hər hansı mülahizələr bildirmək üçün ən azı onun nəticələrini gözləmək lazımdir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button