“Gözəlliyimi gözləri götürmür, nəzərə gəlmişəm…”

Tanınmış aktrisa Gülşən Hüseynli avtomobil qəzası keçirib. Sənətçi özü bu haqda Moderator.az-a danışıb. 

“Rayondan gələndə avtomobil qəzasına düşdüm, maşınıma xeyli ziyan dəydi, hazırda avtomobilim təmirdədir. Qarşı tərəfin də avtomobili pis gündədir. Özüm də yüngülvari xəsarətlər almışam. Şükür Allaha ki, salamatam, anamın yanındayam. Düşünürəm ki, nəzərə gəlmişəm, ona görə belə olub. Gözəlliyimə görə tez-tez nəzərə gəlirəm. Ya getdiyim yerdə yıxılıram, ya pulumu, bahalı əşyalarımı itirirəm. Eybi yoxdur, təki gələn malımıza gəlsin. Söhbət mənim tək həmkarlarımdan deyil, həm də bəzi qohumlarımdan gedir. Ağ qara götürmür. Ona görə də onlardan uzağam. Bir də ki, “Yalnış anlama” adlı yeni bir filmim işıq üzü görüb. Film sentyabrın 30-da Türkiyənin bütün kinoteatrlarında olacaq, oktyabr ayının 6-da isə Azərbaycanda nümayiş olunacaq. Paxıllığımı çəkənlər çoxdur, deyirlər ki, “Gülşən getdi qabağa, biz qaldıq”. Buna görə məni təbrik edənlər də, görüb təbrik etməyənlər də oldu. Çünki çox qısqanırlar. Kim nə əkərsə, onu da biçər. Allah hamının ürəyinə görə versin. Eybi yoxdur, canları sağ olsun. Hələ çox qısqanacaqlar” deyə aktrisa bildirib.

 

Aktrisa daha sonra ötən mövsümün onun üçün çox düşərli olduğunu bildirib.

“Ötən mövsüm mənə çox düşərli oldu. Türkiyənin məşhur sənətçiləri, rejissorları ilə bir layihədə olmaq düşünürəm ki, yaşıma görə mənim üçün böyük uğurdur. Çünki bir çox yerlərdə İranda da, Türkiyədə də öz ölkəmizi təmsil edib, başını uca etmişəm. Bir aktrisa kimi düşünürəm ki, hələ bu edəcəklərimin çox az bir qismidir. Mən öz istedadıma güvənirəm. Ot kökü üstə bitər. İstedadım məni qabağa aparır. Yerimdə olmaq istəyənlər çoxdur. Allah hər kəsə bir qismət yazır, hər kəsin öz yolu var. Bir şeyə inanırsansa o sənin başına mütləq gələcək. Mən özümə söz vermişdim ki, kariyeram daha da yüksələcək. Buna görə əlimdən gələni edib, öz üzərimdə işləyirdim. Şükür Allaha buna da nail oldum. Heç vaxt deməmişəm ki, “buna çəkildim, daha bəsdir”. Əksinə, demişəm ki, “mən az bilirəm, yenə də yenilik etməliyəm”. Hər dəfə bir yeniliyə doğru qaçmışam. İranda məni hətta teatra da dəvət etmişdilər, pandemiyaya düşdüyünə görə gedə bilmədim. Ardınca da Türkiyədə filmə çəkildim. Orada ilk dəfə baş rolda bir azərbaycanlı oynayır, o da mənəm. Yaxşı dostluqlar qazandım. Film bitsə də bizim dostluqlarımız davam edir. İstəyirəm kariyeramı Türkiyədə davam etdirim. Yerli rejissorlar da məni dəvət edir, layihə xoşuma gəlsə dəyərləndirəcəm. Yeni mövsümdən çəkiləcək olan 4-5 seriala dəvət almışdım, amma ssenari və verilən qonorarı bəyənmədiyim üçün dəvətləri qəbul etmədim” deyə aktrisa bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button