“Atam toyumu görmək istəyirdi, əcəl imkan vermədi, onun sənətini davam etdirəcəyəm”

“Mən YÖS imtahanı verərək Türkiyə Eskişehir Osmanqazi üniversitetini qazandım. Onunla birlikdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda uğurlu nəticə əldə etdim. Yaxın günlərdə 2 universitet arasında seçim edecem inşAllah. Atam uşağlıqdan mənim stomatoloq olmağımı arzulayırdı. Lakin sonradan mən fikrimi dəyişdim. Yetər ki, ali təhsil almağımı arzulayırdı. Nəhayət ki, bu çətin günlərimdə Allah bu sevinci bizə qismət etdi. Yəqin ki, atamın ruhu şaddır. Allah məkanını cənnət etsin inşAllah!”

 

Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy Əlizadə deyib. O daha sonra əlavə edib.

“Atam bu gün həyatda olmasa da çox şükür onun adı həmişə mənim getdiyim yola işıq saçır və saçacaq da. Sənət yoldaşlarından -Nadir Bayramlı, Manaf Ağayev, Məhsim Məhsimov və Coşqun Viləşdən bu gün böyük qayğı və diqqət görürəm. Sizin vasitənizlə hər birinə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Atamın ən böyük arzularından biri də mənim toyumu görmək idi. Heyf ki, əcəl buna imkan vermədi. Mənim də arzularım, istəklərim var. Mən atamın sənətini davam etdirəcəyəm və yaxın zamanlarda yeni layihələrimiz işıq üzü görəcək. Çünki onun elə əsərləri var ki, hələ də təqdim olunmayıb. Allah atama, bütün türk dünyasının dəyərli sənətkarı Səyyad Əlizadəyə rəhmət etsin! Ruhun şad olsun, canım atam” deyə sənətçinin övladı bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button