“İncəsənət muzeyindən deyiblər ki, yalvarsanız da sizə dəf verən yoxdur…”

“Hacıbaba 3 günün oxuyanı, ara müğənnisi deyil ki…”

 

“Bəzi jurnalistlərin əlindən elə əsəbləşirəm ki! Məndən müsahibə alırsızsa olduğu kimi dərc edin, yox olduğu kimi yazmayacaqsızsa heç o müsahibəni bizdən götürməyin. Bundan sonra heç bir jurnalistlə görüşüb, danışmayacağıq. Əsəblərimiz korlanıb, günümüz qara olub. Hacıbaba Hüseynov 3 günün müğənnisi, ara oxuyanı deyil e! Ailəmizə qarşı bu qədər də hörmətsizlik olmaz!”

 

Bunu Moderator.az-a açıqlamasında xanəndə Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseyn deyib. O, daha sonra əlavə edib.

“Məndən müsahibə alıb, başqa başlıqlarla işıqlandırırlar. Yazırlar ki, “nəvəsi dəfin qiymətini 150 minə qaldırdı”. Bunu hardan çıxardınız?! Mən bu qiyməti özümdən qoymuşam?! Bizə sadəcə olaraq o vaxt bu qiymət təklif olunmuşdu. Yalandan götürüb yazdılar ki, guya İncəsənət muzeyi dəfi almaq üçün bizə müraciət edib. Onlardan da açıqlama götürüblər, bildiriblər ki, “belə bir şey olmayıb, bizə heç kimin dəfi lazım deyil”. Bu nə aqressiv cavabdır?! Bu da muzeyin verdiyi müsahibə! Heç siz yalvarsanız da biz sizə dəf vermərik. Qismət, dəf satılarsa lap yaxşı, satılmazsa da özümüz qoruyub saxlamışıq. Reytinq xatirinə kifayət qədər məlumat var, Hacıbabanın dəfi reytinq mövzusu deyil. Mən də ifaçıyam, vaxtilə sənətlə məşğul olmuşam. Müəyyən səbəblərdən indi fasilə vermişəm. Desəm ki, mənim haqqımda yazı yazın, dəstək olun, o jurnalistlərin heç biri yazmayacaq. Çünki onlara gərəksiz, lazımsız mövzular daha önəmlidir. Bizim dövlətimiz muğamla, sənətlə, sənətkarla yaxından maraqlanır. Mən çox istərdim ki, babamın dəfi ilə bağlı da dövlət özü maraqlansın. Bəlkə onlar bu dəfi bizdən alıb, hansısa muzeyə hədiyyə edəcəklər?! Ailəmizə bu işdə dövlətdən gələcək dəstək vacibdir” deyə sənətkarın nəvəsi bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button