Rusiyanın ön cəbhədəki bütöv bir alayı döyüşdən imtina edərək qiyama qalxdı…-RƏSMİ

Rusiyanın Ukraynaya təzavüzünə qatılmış 1-ci ordu korpusunun 127-ci alayının hərbçiləri döyüş əməliyyatlarında iştirakdan imtina edərək  üsyana qalxıb.

 

Moderator.az  xəbər verir ki, Ukrayna mediası  bu haqda “Cənub” operativ komandanlığına istinadla məlumat yayıb.

 

 “İşğalçı qüvvələrin 1-ci ordu korpusunun 127-ci alayının hərbçilərinin döyüş əməliyyatlarında iştirakdan kollektiv imtina şəklində qiyamı  qeydə alınıb. Səbəblərdən biri də hərtərəfli dəstəyin qeyri-qənaətbəxş olması olub. Belə ki, ön mövqelərdə olan şəxsi heyət hətta susuz qalıb.

 

İşğalçı qüvvələrin xüsusi xidmət orqanları qiyamçılara qarşı tədbirlər görüb – onlar mövqelərdən çıxarılıb”- məlumatda belə deyilir.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button