“Nə gözəl! Bu, Priqojinin “zek”lərindən və evsiz sifilis xəstələrindən daha diribaş qərardır…”

“Rusiya hakimiyyətinə məhbuslar və evsizlər kifayət etmir…”

 

“Müharibəyə cəlb edilmə indi də rəsmən Rusiyanın ruhi xəstəxanalarında və ruhi dispanserlərində aparılır…”

 

Sürgündə olan jurnalist Alekdandr Nevzorov BCC-də işləyən həmkarı Andrey Zaxarovun postuna diqqətini yetirib. 

 

O, məlumat verib ki, Sankt-Peterburqun 2 saylı psixonevroloji dispanserinin saytında Rusiya ordusunda müqavilə üzrə xidmətkeçmənin reklamı ilə bağlı elanını görüb.

 

Öz ifadə seçimində çəkinməyən Nevzorov özünə məxsus tərzdə buna münasibət bildirib.

 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün “Telegram-kanal”ında yazıb.

 

O, güman edib ki, Rusiya hakimiyyətinə məhbuslar və evsizlər kifayət etmir, ona görə də hərbi əməliyyatlara həm də ruhi cəhətdən sağlam olmayanları cəlb etmək qərarına gəlib.

 

“Nə gözəl!!! Əcəb yerdə axşamladıq! Bu, “Priqojinin zeklərindən” və evsiz sifilis xəstələrindən daha diribaş addımdır. 

 

İndi cəbhəyə Rusiyanın ruhi xəstəxanalarında və ruhi dispanserlərində yığım aparılır.

 

Ağıldan məhrum piterçilər “Şizodövlət”adlı “xüsusi” taborlara birbaşa pijamalarda və ruhi xəstə köynəklərdə Ukrayna cəbhəsinə atılacaq.

 

Hər kəs şəxsi imalə və böyük napalmlı şprislərlə təmin ediləcək”, – Nevzorov yazıb.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button