“Zeynəb Xanlarova dedi ki, bu mahnını yaxşı oxumusan, ver qulaq asım…”

“3 günün içində 2 valideynimi itirdim, ağır depressiya yaşadım”

 

“İllər öncə bir aparıcı mənə sual verdi ki, “ola bilər siz gələcəkdə ifaçılıqdan əlavə həm də müğənnilik edəsiniz?”. Dedim ki, hər şey qismətə bağlıdır, ola bilər. Mən yaradıcı insanam, repertuarımda bütün dünya ölkələrinin mahnıları var. Dövlət tədbirlərində tez-tez ifa etdiyim üçün orada elə mahnılar var ki, onları tək ifa ilə yox, həm də müğənni kimi oxumalısan. Özüm üçün oxuyurdum, evdə qardaşlarımla məşq edirdim. İnstrumental ifaçılar oxuyanda onların səsində bir başqa şirinlik olur. İlk dəfə “Sarı gəlin” mahnısını oxumuşam”

 

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Səlim Abbasova deyib. O daha sonra illərdir ansamblında çalışdığı dünya şöhrətli sənətkar Zeynəb Xanlarovadan danışıb.

“Mənim üçün Zeynəb Xanlarovanın ansamblında çalışmaq böyük şərəfdir. Mənim nə pis mahnılar oxumağa, nə də ifa etməyə ixtiyarım yoxdur. Çünki tamaşaçılara keyfiyyətli musiqilər ərmağan etməliyik. Zeynəb xanımın konsertlərində bekvokal yerlərini də ifa etmişəm. Nurinin “Darıxdım” mahnısını oxumuşdum. Zeynəb Xanlarova çox bəyənmişdi, dedi ki, bu mahnını ver qulaq asım. Allah ona can sağlığı versin, gedib onunla birlikdə Qarabağda konsert verək. Zeynəb xanımla bir neçə konsertimiz olacaqdı, pandemiya üzündən yarımçıq qaldı” deyə sənətçi bildirib.

 

Səlim Abbasov karonovisurdan dünyasını dəyişən valideynlərindən də danışıb.

 

“Bu mənim üçün böyük bir sınaq oldu. 3 günün içində 2 valideyn itirməyi heç kimə arzu etmirəm. 8 ay depressiya yaşadım, il yarımdan çox musiqidən uzaq düşdüm. Musiqiyə yaxın getmək istəmirdim. O zaman yanımdakı insanları tanıdım. Mən hamısının xeyir-şərinə yarayan biriyəm, amma onlardan özümə qarşı bunu görmədim. Mən də onlara qarşı daha əvvəlki kimi olmayacam” deyə sənətçi bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button