“Bu qanun ölkədə münasibətlər sisteminin tənzimlənməsinə öz töhfəsini verəcək”

Millət vəkili Arzu Nağıyev Moderator.az-a açıqlamasında parlamentin payız sessiyasında qəbul olunması gözlənilən Siyasi partiyalar haqqında qanunun ölkənin siyasi həyatına verəcəyi töhfədən bəhs edib:

 

“Bu gün “Siyasi partiyalar haqqında” qanunun yenidən işlənməsi zərurəti yaranıb. Siyasi partiyalar haqqında qanun düz 30 il əvvəl – 1992-ci ildə qəbul olunub. Bu gün ölkədə yeni konfiqurasiya və münasibətlər sistemi formalaşıb, buna görə də Milli Məclis tərəfindən lazımi addımların atılması zəruridir. Milli Məclisdə təmsil olunan bütün partiyaların nümayəndələri yeni qanun layihəsinin hazırlanması üçün parlamentin sədrinə müraciət ediblər. Artıq iyul ayının 26-da Milli Məclis mediada bu prosesə başlanılması haqqında açıqlama yayıb və layihənin ilkin forması parlamentin saytında yerləşdirilib. Sentyabrın 28-də həmin qanun layihəsinin ilk ictimai dinləməsinin keçirilməsi nəzərdə tutulur. İyulun 26-da layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün qeydiyyatdan keçmiş bütün siyasi partiyalara müraciət olunub. 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib. Milli Məclisdə bu layihə işlənərkən bütün beynəlxalq konvensiyalar, eyni zamanda Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə tövsiyyəsi nəzərə alınıb, bununla yanaşı 20-dən artıq ölkənin təcrübəsi öyrənilib. Sentyabrın 28-də keçirilməsi nəzərdə tutulan ictimai dinləmələdə bütün vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, bu sahənin mütəxəssislərinin tövsiyələri dinlənilərək layihənin təkmilləşdirilməsi nəzərdə tutulur. Düşünürəm ki, siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsindən sonra Azərbaycanın siyasi həyatında partiyaların öz yerini tutması qanunla tənzimlənəcək. Hesab edirəm ki, qəbul ediləcək bu qanun ölkədə siyasi sistemin daha da təkmilləşdirilməsinə, münasibətlər sisteminin tənzimlənməsinə öz töhfəsini verəcək”. 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button