“Efirlərdə bərbad, zövqsüz mahnılar səslənir, ola bilməz ki, xalq belə mahnıları sevsin…”

“Efirlərdə bərbad, zövqsüz, səviyyəsiz mahnılar səslənməkdə davam edir. Etirazımızı bildiririk, nə olsun ki?! Burada əsas güc televiziya kanallarının üzərinə düşür. Biz televiziya kanallarına etiraz etməkdə davam edirik, onlar da bu mahnıları efirə verməkdə davam edirlər. Deyəndə də deyirlər ki, “insanlar bəyənir, sevir”. Ola bilməz ki, bütün xalq, kütlə belə mahnıları sevsin?! Kim sevirsə evində özü disk alıb, qulaq asa bilər. Amma bütün xalqın musiqi zövqünü korlamaq olmaz, buna heç kim haqq vermir”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib. O daha sonra əlavə edib.

“Bu gün musiqi savadı olmayan insanların da mahnılarına qulaq asıram, maraqlanıram. Görürəm ki, onların içərisində çox gözəl mahnılar da mövcuddur. Hazırda bəstəkarlığa böyük bir axın var, onların içərisində artıq peşəkar mahnını da biz görə bilmirik. Bütün günü televiziya kanallarında onların mahnıları səslənir. Biz heç kimə qadağa qoya bilmərik ki, sən mahnı yazma, sən musiqi bəstələmə. Teatrlarımızda, seriallarımızdakı musiqilərin çoxu peşəkar olmayan bəstəkarlarındır. Qara Qarayev tələbələrin heç vaxt demirdi ki, sən mənim kimi yaz. O deyirdi ki, “mən sizə bir neçə qapı göstərə bilərəm, amma hara gedəcəyinizi özünüz seçməlisiz” deyə bəstəkar deyib.

 

Firəngiz Əlizadə əsərlərinin xaricdə ifa olunmasından da danışıb.

 

“Heç vaxt təsəvvür edə bilməzdim ki, əsərlərimi xaricdə ifa edəcəklər, YUNESKO-nun sülh artisti olacağam. Həyatımı, yaradıcılığımı heç vaxt planlaşdırmamışam. Böyük xoşbəxtliyim ondan ibarətdir ki, dünyanın ən tanınmış musiqiçiləri mənim musiqimi tanıyıb, sevirlər. Onlardan müxtəlif sifarişlər alıram. Bu bir sənətkar kimi məni çox xoşbəxt edir” deyə xalq artisti bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button