Paşinyan Ermənistan ərazisindən heç kimə dəhliz verməyəcəyini bəyan etdi…

Amma Azərbaycan öz ərazisindən ermənilərin rahat gediş-gəlişi üçün müasir yol da çəkib, dəhliz də verib…

 

“Ermənistan hakimiyyəti heç kimə ölkə ərazisindən dəhliz verməyəcək”. 

 

Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyan bunu Vladivostokun erməni icması ilə görüşündə iştirak edənlərdən birinin regional kommunikasiyaların açılmasının Ermənistan, xüsusən də Sünik(Qərbi Zəngəzur) bölgəsi üçün nə dərəcədə təhlükə yarada biləcəyi sualına toxunaraq bildirib.

 

“Kommunikasiyaların açılması Ermənistan və Sünik bölgəsi üçün heç bir təhlükə yaratmır, əksinə, təhlükəsizlik və sabitliyə əlavə təminatlar gətirəcək. Azərbaycan tərəfinin nitqində  bəzən müəyyən təhlükələrdən xəbər verən ifadələr  yer alır. Məsələn, dəhlizdən danışırlar. Mən açıq şəkildə bildirmək istəyirəm ki, biz heç kimə Ermənistan ərazisindən dəhliz verməyəcəyik”, – deyə Paşinyan vurğulayıb.

 

P.S. Amma Azərbaycan öz ərazisindən ermənilərin rahat gediş-gəlişi üçün müasir yol da çəkib, dəhliz də verib…

 

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button