Bu diktator qabaqlayıcı nüvə zərbəsinə icazə verən qanun qəbul etdi…-TƏHLÜKƏ ARTDI…

Şimali Koreya qabaqlayıcı nüvə zərbəsi endirməyə icazə verən qanun qəbul edib.

 

Moderator.az xəbər verir ki,  bu haqda  “AFP” agentliyi  KXDR  dövlət mediasına istinadla məlumat yayıb.

Yeni qanunda belə deyilir “Milli nüvə qüvvələrinin komandanlıq və nəzarət sistemi düşmən qüvvələrinin hücumu ilə təhdid olunarsa, dərhal avtomatik olaraq nüvə zərbəsi endirilir”.

 

 Qəbul edilmiş qanunda həmçinin qeyd olunur ki, ölkənin nüvə siyasəti “dönməzdir”.

 

Şimali Koreya lideri Kim Çen In ölkəsinin Şimali Koreyanın müdafiəsini zəiflətmək və nəticədə hökumətini devirmək üçün təzyiq kampaniyası aparmaqda ittiham etdiyi ABŞ-a qarşı çıxmaq üçün lazım olan nüvə silahlarından və raketlərdən heç vaxt imtina etməyəcəyini bildirib.

 

Cümə günü dövlət mediası xəbər verib ki, Kim Çen In bu sözləri Şimali Koreya parlamentindəki çıxışı zamanı deyib. Həmin çıxışdan sonra parlament üzvləri həmçinin Şimali Koreya ordusuna rəhbərliyinə hücum təhlükəsi olarsa, düşmən qüvvələrinə “avtomatik olaraq” nüvə zərbələri endirməyə icazə verən qanunu qəbul ediblər.

 

Şimali Koreya diktatoru eyni zamanda rəqib Cənubi Koreyanı ənənəvi zərbə imkanlarını genişləndirmək və Şimali Koreyanın artan təhdidlərinə qarşı çıxmaq üçün ABŞ-la genişmiqyaslı hərbi təlimləri bərpa etmək planlarına görə tənqid edib və bunu gərginliyi artıran “təhlükəli” hərbi davranış adlandırıb.

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button