“Çəmiyyətin vitrini qəhramanlar bəzəməlidirlər, əks halda türməyə çoxlu generallar gedə bilər”

 

UNEC rektoru prof. Ədalət Muradovun “Cəmiyyətin dəyərləri və dəyərlər cəmiyyəti: ali təhsilin yeri” məqaləsini fb paylaşmışdım:

 

Geniş bir şərh yazmaq fikrim var idi. Ancaq Covid 19 ortaya girdi və aranı qatdı. Şükürlər olsun ki, Covidlə problemi çözdük.

 

Məqaləyə Moderator.az vasitəsi ilə münasibət bildirmək  istəyirəm.

 

“Məqalə sıradan bir məqalə deyil. Cəmiyyətin aktual problemlərinə orjinal  baxışdır.  Söhbət cəmiyyətin və onun dəyərlərini gələcək taleyindən, yaşam prosesinin fəlsəfəsindən gedir. Lokal məsələlərə toxunulsa da qlobal əhəmiyyət daşıyır. Bu məqalədə Ədalət müəllim ali təhsilin məsuliyyəti haqqında mülahizələrini təkcə bölüşmür, təcrübəli təhsil işçisi kimi hər yerdə eşidilə bilən yeni çağrışlar edir. Göstərir ki, ilk baxışda sadədən sadə görünən təhsil prosesi, mürəkkəbdən də mürəkkəbdir. Hər kəsin girə biləcəyi sahə deyildir. 

 

Rektor Ədalət Muradovun sağlam cəmiyyət, milli dəyərlər, təhsil və mədəniyyət ilə bağlı konsepsiyasının əsas müddəları ilə yaxından tanış olaq:

 

Cəmiyyətin və onun dəyərlərinin gələcəyi ali təhsilli mütəxəssis hazırlığından əsla asılı kimi görünmür.

Ali təhsil mahiyyət etibarı ilə əsasən təhsilalanın özünütəhsil və özünüinkişaf bacarıqlarının formalaşmasıdır.

Ali təhsil elə bir prosesdir ki, o, həm də elə mədəni bacarıqları yaradır. Bu da təhsilalanın şəxsiyyət kimi formalaşmasını təmin edir.

Cəmiyyəti formalaşdıran, onun dəyərlərini qoruyan və inkişaf etdirən əsas amil, əsas qüvvə şəxsiyyətdir.   

Şəxsiyyət ali təhsilin deyil, məhz mədəniyyətin məhsuludur!

Universitetlər şəxsiyyət yetişdirməyə hədəflənməməlidir. Çünki, şəxsiyyət fərdin özünün hədəfidir.

Təhsil prosesi həm də mədəni prosesdir, çünki o dialoqa əsaslanır.

Təhsilin mahiyyətini və məzmununu da nəticədə mədəniyyət müəyyən edir.

Təhsil xüsusi mədəniyyət mühitidir.

 

Bu müddəların hamısı orjinaldır və ilk dəfədir ki, bəyan edilir. Bəzi müddəlar isə bugünkü baxışla ziddiyyət təşkil edir. Onların köməkliyi ilə cəmiyyətimizin müxtəlif sahələrinə aydınlıq gətirmək olar. Hesab edilir ki, milli dəyərlərə mənimsəmiş şəxsiyyətlər sağlam cəmiyyəti yarada bilər, onun dəyərlərini qoruya bilər, yeni dəyərlər yarada bilər. Milli mənəvi dəyərləri mənimsəməyən insanlar dəyər yarada bilməz. 

 

44 günlük müharibəni yada salaq. Müharibəni də şəxsiyyətlər udurlar.  Polad Həşimovu tanıyırıq. Çox yaxşı. Bəs müharibənin 2-ci, 3-cü, 4-cü və s. qəhramahları kimlərdi?  Bu şəxsiyyətləri niyə tanımyaq? Çəmiyyətin vitrini qəhramanlar bəzəməlidirlər. Əks halda türməyə çoxlu generallar gedə bilər. 

 

Milli dəyərləri mənimsəmiş şəxslər yeni dəyərlər yarada bilməz. Şəxsiyyətləri toplumda əritməklə cəmiyyəti qara kütlə halına salmamalıyıq. Ziyalıların parlamasına niyə şərait yaratmayaq? Niyə birinci şairimizi, birinci alimimizi, birinci musiqiçimizi tanımayaq?  

 

Azərbaycan Elmlər Akademiyasının ilk təsisçiləri məşur alimlər olmuşdular: Mir Əsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Səməd Vurğun, Mirəli Qaşqay, Üzeyir Hacıbəyov və digər onlarla sevimli şəxsiyyətlər.  Bugünkü AMEA, məhz alim şəxsiyyətləri sıradan çıxardı, nəticədə özü də faydasız quruma çevrildi. 

 

10 ildir ki, təhsildə kurikulum sistemi tətbiq olunur. Bu sistemim altı prinsipindən biri, təhsilin şəxsiyyət yönümlü olmasıdır. Bir çox təhsil işçiləri, ekspertlər bu prinsiplərə güvənirlər.  Ancaq Ədalət müəllimin mövqeyi sərtdir: “universitetlər şəxsiyyət yetişdirməyə hədəflənməməlidir. Çünki, şəxsiyyət fərdin özünün səyləri hesabına formalaşır, fərdin özünün hədəfidir”. Azərbaycan təhsili 10 ildir təbliğat aparır ki, məktəb şəxsiyyət yetişdirə bilər. Müəlliflə tam razıyam ki, məktəblər  ikinci Ü.Hacıbəyovu, ikinci S.Vurğunu yetişdirə bilməz,  çünki, şəxsiyyət fərdin öz hədəfidır. Növbəti Habil Əliyev, növbəti Kamil Cəlilov, növbəti Aslan İsmayılov kurikulum təhsilimiz hazırlaya bilməz.

 

Keçən il təhsillə bağlı çap olunmuş “Yonulmuş daş yolda qalmaz” (Bakı-2021) kitabımın Ön sözündə yazılıb: “Çağdaş dövrdə həm dəyərlərimiz, həm də mədəniyyətimiz gözümüz önündə əriyir. Bəzi alimlər hesab edirlər ki, dürüst həyat tərzinə alışmış nəsillər gələcəkdə yox olacaq. Güman edirəm ki, bu arzuolunmaz gələcəyin əsas səbəbi təhsilin doktrinasının qüsurlu olmasıdır… Təhsilin çağdaş paradiqmasına görə məqsəd gəncləri şəxsiyyət kimi yetişdirməkdir. Hesab edirəm ki, təhsilin əsas məqsədi şəxsiyyət yox, kamil insan yetişdirmək olmalıdır. Öz fəaliyyətində ictimai mənafeni üstün tutan insan kamil insandır ”.  Bu fikirlər də prof. Ədalət Muradovun konsepsiyasını dəstəkləyir. 

 

Hal hazırda təhsilimiz öz çətin dövrünü yaşayır. Xırda -para məsələləri kənara qoyub, təhsilin fundamental problemlərii müzakirə etməyə ehtiyac böyükdür. Bütün təhsil expertlərini, bilicilərini, müəllimləri  prof. Ə.Muradovun konseptual müdaları ətrafında müzakirəyə dəvət edirəm.                                                                                          

                                                               

Dərin hörmətlə,                                           

Professor Şahlar Əsgərov

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button