Kim olursan ol, şəxsiyyətindən, tutduğun mövqedən asılı olmayaraq insan olmalısan…”

“Bu geyimlə məni çəkmək istəmirdilər, rejissor deyirdi ki, fransızlara oxşayırsan”

 

“Kim olursan ol, şəxsiyyətindən, vəzifəndən, tutduğun mövqedən asılı olmayaraq insan olmalısan. Bu illər ərzində ikiüzlü, riyakar insanlar qarşıma çox çıxıb. Məni çox qınaq atəşinə tutdular, bu zaman divar köməyimə gəldi. Mənə dayaq ola biləcək insanlar var idi, o insanlar məndən qaçdılar. Çünki daha imkanlı, daha nüfuzlu insanla dostluq etmək, mənim kimi təvazökar və sadə insanla dostluq etməkdən yaxşı idi. Bəlkə də bizim incəsənət sahəsində mənim qədər həssas xanım müğənni yoxdur. Bu həssaslığın yanında çox dözümlü, səbirliyəm. Bəzən deyirəm ki, bəlkə mən poladam, xəbərim yoxdur?!”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Nisə Qasımova deyib. O daha sonra əlavə edib.

“Heç vaxt zirvədən aşağı baxa bilmədim. Təəssüflər olsun ki, həmişə insanlara bərabər gözlə baxdım. Hamı bilir ki, mən tez-tez küsə, barışa bilərəm. Bu mənəm, mənim xarakterimdir. Bir gün çılğın, bir gün sevincli, bir gün qəmli. Bu mənim mahnılarımda da görünür. Çünki mahnılar da hisslərlə oxunmalıdır. 80 faiz mahnılarımın içində özüm varam, amma “Yalandır dünya” elə bil ki, mənim üçün yazılmışdı. Səhnədə qalmaq, ifa etmək, sevilmək həqiqətən də çox çətin və şərəflidir. Biz bir ömür yaşayırıq, ikinci ömür bizə verilmir. Hər dəqiqə, hər saniyə buraxdığımız səhvlərin fərqində olmalıyıq. Sonra gec olur, deyirlər ki, “bir qara qəpiklik adam deyildi” deyə sənətkar bildirib.

 

Xalq artisti ona qoyulan qadağalardan da danışıb.

“ O illərdə “Azərbaycan qızıyam” mahnısını oxuyanda ağ don, başımda da şlyapa var idi. Bunu rejissor çəkmək istəmirdi. Deyirdi ki, “siz Azərbaycan qızıyam” mahnısını oxuyursuz, amma fransızlar kimi geyinmisiz. Bu geyim mənim israrım oldu. Film-konsert çəkilmişdi, ən çox bəyənilən də mənim hissəm oldu” deyə sənətkar bildirib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button