“Paşinyanın gedişləri bəsit, qeyri – peşəkar görünsə də ənənəvi erməni bicliyi aşkardır…”

Tanınmış ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-a bu dəfəki açıqlamasında Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinin və sülh sazişinin imzalanmasının yubadılması səbəblərinə toxunub:

 

“Azərbaycanla Ermənistan arasında 44 günlük savaşdan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də məğlub ölkə ilə sülh müqaviləsi imzalanmayıb və bu bölgədə gərginliyin zaman zaman artamasına səbəb olur. Neçə ki, sülh müqaviləsi bağlanmayıb, Azərbaycan dövləti üçün təhlükə olacaq. Bu təhlükə yalnız indiki halda zəif, ordusu darmadağın edilmiş Ermənistan tərəfindən deyil, bölgədə çıxarları olan ölkələr tərəfindən olacağı ehtimalları var. Bu yaxınlarda Brüsseldə Aİ rəhbəri Şarl Mişelin aracılığı ilə baş tutan İlham Əliyev- Nikol Paşinyan görüşündə tərəflərdən istənmişdir ki, bir an öncə sülh müqaviləsinin hazırlanması prosesinə başlanılsın. Bu istək ilk dəfə deyil ki, səsləndirilir. Qərb münaqişənin həllində məhz onların rolunun almasını ona görə istəyir ki, bölgədə əskəri olaraq varlığını sürdürən Rusiyanın rolunu minimimuma endirsin. Əslində Rusiya ilə Qərb arasında mövqe mübarizəsi gedir və iki il ərzində heç nəyə nail olunmaması məğlub ölkənin yararınadır. Ermənistan bi iki il ərzində çox aktiv şəkildə diplomatik meydanda oynamaqdadır, məsələni beynəlmiləlləşdirmək və Qarabağın işğaldan azad olunmamaş hissəsində Rus sülhməramlılarının kontrolu altında gətirib yerləşdirilən bir ovuc erməniyə hər hansı haqq almaq məqsədini gerçəkləşdirmək istəyir.

 

Bir neçə gün öncə ABŞ-ın elçisi Filip Rikerin Ermənistana səfəri və onun qondarma “erməni soyqırımı” abidəsinə əklil qoyması və Qarabağ ermənilərinin haqlarından danışması da göstərdi ki, ermənilər məsələni uzatmaqla planladıqları hədəflər istiqamətində getməkdədirlər. Ermənilər Fransada da iş aparırlar. Rusiyaya gəlincə baş nazir Paşinyan onu Qərbə qarşı qoymamamq üçün ehtiyatlı siyasət aparmaqdadır. Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının toplantısında Rusiyanın Azərbaycan yönümlü siyasətini kəskin tənqid edir, Rusiya sülhməramlılarının Azərbaycanın diqtəsi ilə oturub durduğunu söyləyir, sonra 12 saatlıq təyyarə məsafəsi qət edərək Vladivastoka gedib Putinlə görüşündə isə Rusiya sülhməramlılarının fəaliyyətinə görə 10 dəfə minnətdarlıq edir, bu özü erməni politoloqların belə gözündən qaçmır, onu yaltaqlıq kimi qələmə versələr də, Paşinyanın doğru yolda olduğunu vurğulayırlar. 10 dəfə minnətdarlığın Rus sülhməramlılarını 3 il sonra bölgədə qalması üçün təkliflərini verir. (bu da erməni politoloqlarının gözündən qaçmır) İşarə vurmağa çalışır ki, Rusiya sülhməramlılarının burada varlığını Ermənistan istəyir, Azərbaycan isə yox… 

 

İlk baxışda belə görünə bilər ki, bunlar söhbət xatirinə dilə gətirilir, Amma Paşinyan yaxşı bilir ki, Rusiya sülhməramlılarının buarda mandatı yoxdur, o mandatı isə Azərbaycan hələ verməyib. O, dolayısı ilə bunu Putinin yadına salır və buradakı bir məqama da işarə edir ki, Qərb buraya beynəlxalq kontingentini göndərmək üçün fürsət gözləyir. Azərbaycana Rusiyanın bu məsələdə təzyiq etməsini arzulayan və onu dilə gətirən Paşinyan əsas problemlərdən yayınmaq istəyir. 9 noyabr Bəyannaməsində öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirilməsi məsələsini arxa plana atmaq istəyir. Konkret həll edilməli məsələləri geçikdirmək üçün oyun oynayır. Və bu görüşdən yayılan rəsmi məlumatda da bildirildiyinə görə Putin də artıq Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyindən danışmağa sövq edilir. Rusiyanın mövqeyi belə idi ki, buradakı əhalinin durumu gələcəkdə həll ediləcək, o da ona görə səsləndirilirdi ki, Rusiya burada münaqişənin bitməsini istəmir, açıq mövqe ortaya qoyulur ki, burada Rusiyasız heç bir məsələ həll edilə bilməz. Paşinyan Qərblə Rusiya arasında anlaşmazlıqların yaranmaması üçün hər iki tərəflə eyni məsafədə dayanmaq istəyir. 

 

Əvvəlki Brüssel görüşündə Zəngəzur dəhlizinin açılmasını daha çox Ermənistanın istədiyini bəyan edən və buna görə Avropa İttifaqının təqdirini alan Paşinyan indi fərqli fikir səsləndirir. Ermənistan ərazisindən heç bir dəhliz olmayacaq. Buradan Naxçıvana və oradan da Türkiyəyə uzanacaq kommunikasiya vasitəsinə isə Ermənistan nəzarət edəcək- deməklə də Azərbaycanı təxribata çəkir. Artıq bəllidir ki, Azərbaycan da bu halda Laçın koridorundan gediş – gəlişlə bağlı mövqe orataya qoymağa məcbur qalacaq və bu təbii ki, Rusiya sülməramlı qüvvələri ilə anlaşılmazlığa gətirib çıxaracaq. Paşinyan bu fikri də qəsdən ortaya atır ki, Azərbaycanla Rusiya arasında həmin məsələdə də mübahisələr ortaya çıxsın. Ermənistanın bütün manevrləri ona hesablanıb ki, Ermənistan – Azərbaycan münasibətlərinin normallaşması, sərhədlərin müəyyənləşməsi, nəhayət sülh sazişinin müzakirələrinə Qarabağ ermənilərin haqqı məsələsini də daxil etsin. Bu istiqamətdə dünyada aktiv diplomatik gedişlər edilir. Paşinyanın gedişləri bəsit, qeyri – peşəkar görünsə də ənənəvi erməni bicliyi aşkardır”. 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button