“Ruben Vardanyan istədiyinə yaxın zamanda artıqlaması ilə nail olacaq…”

Rusiya sülhməramlılarının vəzifə borclarının yerinə yetirilmısinə məsuliyyətsiz münasibəti ilə rastlaşmağımız yenə də təkrar olunur. Bu dəfə Azərbaycan ərazilərinə Rusiyadan olan biznesmen Ruben Vardanyan qeyri qanuni olaraq daxil olub. Daha əvvəl “Armenia Today” xəbər vermişdi ki, Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağ köçmək qərarına gəlib. Azərbaycan torpaqlarına ayaq basan gündən R.Vardanyan seperatçı qurumun nümayəndələri ilə görüşür, həmçinin qondarma qurumun təhlükəsizliyi ilə bağlı təkliflərlə çıxış edir. Qarabağa Azərbaycandan icazəsiz seperatizmi dəstəkləyən birisinin daxil olması, Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin qeyri qənaətbəxş olduğunu bir daha nümayiş etdirir.

 

Bu gün R.Vardanyan ermənilərin yaşağdığı Azərbaycan kəndlərinə gəlməsi və orada səsləndirdiyi “Bu gün bizim vəzifəmiz soydaşlarımızın təhlükəsizliyini təmin etməkdir. Əminəm ki, kəndlərdən başlamaq, Qarabağımızı gücləndirmək lazımdır. Kəndləri qorumaqla Qarabağı xilas edəcəyimizə əminəm” bəyanatı birbaşa olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdiddir və bu heç bir halda cəzasız qalmayacaq. Bunun cəzasız qalması Azərbaycan üçün qəbuledilməzdir və bu həm də xoşagəlməz presedent yaradır.

 

Qarabağdakı erməniləri hesab edirdi ki, Ruben Vardanyan Qarabağa gəlişi ilə  onlara hansısa şəkildə “kömək” edəcək. Ruben də kömək edəcəyinə söz vermişdi, amma bu “kömək” daha çox “ayı xidmətinə” çevriləcəyi şübhəsizdir..  

 

Qarabağın bizə silah tuşlamayan ermənilərinə yalnız Azərbaycan kömək edə bilər, bu məsələyə başqa birinin qarışması isə prosesin daha ağrılı-acılı davam etməsinə gətirib çıxaracaq. Ruben bu gün “Qarabağı xilas edəcəynə” əmin olduğunu bildirir, mən isə Ruben Vardanyanın son bəyantının ən yaxın zamanda ermənilərinə növbəti dəfə bol qəm-qüssə-kədər bəxş edəcəyinə əminəm. Kimin bu məsələdə haqlı olduğunu isə məni heç zaman ehtimallarımda darda qoymayan Əlahəzrət Əsgərimizin fəaliyyətləri ən yaxın zamanda əyani olaraq nümayiş etdirəcək.

Qrdumuz qürurumuzdur!

 

Ədalət Verdiyev, hərbi ekspert

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button