“Davada nənəm ermənilərin ayağı altında qalır, 23 yaşında rəhmətə gedir…”

“Atam İçərişəhərdə, imkanlı bir ailədə anadan olub. Mənim atamın atası o vaxtın tacirlərindən idi. İranla xalça alveri ediblər. İçərişəhərdə onların öz mülkləri olub. Sovet höküməti qurulandan sonra atamgilin ailəsini darmadağın edirlər. Erməni-müsəlman davası zaman ermənilər atamgilin evinə hücum çəkirlər. Mənim nənəm ermənilərin ayağı altında qalır. Düzdü, ölmür, o vaxt atamın 3, əmimin 5 yaşı, bibim isə qucaqda olur. Nənəm 23 yaşında o qorxudan dünyasını dəyişir, atamgili də yetim qalırlar. Qohumlarının himayəsində bir müddət yaşayırlar. Sonra da var-dövlətləri əllərindən çıxır, əmimi, bibimi atamla qarışıq küçəyə atırlar ki, gedin özünüz öz başınızı dolandırın”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Əhədzadə deyib. O daha sonra əlavə edir.

“1936-cı ildən 1998-ci ilə qədər atam Gənc Tamaşaçılar Teatrında çalışır. O səhnə ilə yaşayırdı. Onun yaratdığı obrazlar doğma balası idi. O qədər o sənətini sevirdi ki. Heç bir obrazı digərinə oxşamırdı. Hamısı çox fərqli idi. Elə tamaşa var idi ki, bir neçə obraz oynayırdı. Tamaşaçı bilmirdi ki, bu obrazlarda kimlər çıxış edir” deyə sənətkarın qızı bildirib.

 

Sevil Əhədzadə anası ilə atasının maraqlı tanışlıq tarixçəsini də danışıb.

“Atam anama evlilik təklifi edəndə anam gəlib evdə deyir. Anam gedib nənəmlə məsləhətləşir. Nənəm də gedib söhbəti babama açır. Babam eşidən kimi əsəbləşir. Deyir ki, “mən həyatımda artistə qız vermərəm, artist nə bilir ailə saxlamaq nədir?”. 3 gün anam aclıq elan edir. Daha sonra atası razılaşır, bu izdivar baş tutur. Mən bir dəfə görmədim ki atamla anam kobud rəftar etsin. Atam anamı, anam da atamı qısqanardı”deyə Sevil xanım bildirib.

 

O, atasının çəkildiyi “Bizim Cəbiş müəllim” filmindən də danışıb.

 

““Bizim Cəbiş müəllim” filmində belə bir epozid var ki, uşaqlar atın quyruğunu kısib, atama göstərirlər. Həmin epizod çəkiləndə ən maraqlı yerində rejissor Həsən Seyidbəyli çəkilişi saxlayır. Deyir ki, “stop”. Həsən müəllim gəlib “ay uşaq, mən sənə demişdim axı, quyruğu bu əlində yox, o biri əlində tutmalısan, sən səhv etdin”. O sonra atamı kənara çəkib demişdi ki, “Süleyman, mən uşağın yanında sənin pərt olmağını istəmədim, amma təqsir uşaqda deyildi, uşaq düz oynamışdı, sadəcə sən kadrdan kənara çıxmışdın, mən onu uşağın yanında istəmədim sənə deyim”. Həsən müəllimin böyüklüyünə, mədəniyyətinə baxın siz” deyə sənətkarın qızı deyib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button