Ermənistanın eks-prezidentlərini kim susdurdu?..-Son döyüşlər haqda danışmadılar… 

“Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, hazırda 49-dan çox qurbanımız var. Bu gərgin vəziyyətə baxmayaraq, üç keçmiş prezident susur. İstər 4 günlük(2016 Aprel) müharibə zamanı, istərsə də 44 günlük müharibə zamanı keçmiş prezidentlər bəyanatla çıxış edirdilər. Amma indi görünən odur ki, onlar da bu vəziyyətdən  çox ümidsizdirlər, ya da Nikol Paşinyana deyəcəkləri bir şey yoxdur, ona nəsə deməyi mənasız hesab edirlər”.
 

Moderator.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazıb.

“Ter-Petrosyanın və Robert Köçəryanın ofisləri zənglərimizə cavab vermədi, lakin biz Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyanın ofisindən aşağıdakını öyrəndik:

“Açıqlama olarsa, bundan xəbəriniz olacaq…” 

Belə çıxır ki, əslində üçüncü prezidentin də hələ  deməyə sözü yoxdur”- erməni qəzeti belə yazır.
 

P.S. Görünür, Ermənistanın keçmiş rəhbərlərini xaricdəki ağaları susdurub. Xüsusən də,  Rusiyanın Putin rejiminin tulaları olan Xocalı caniləri  Köçəryan və Sərkisyanın Aprel döyüşləri və 44 günlük savaşdan fərqli olaraq susması Rusiya qoşunlarının Ukraynanın cəsur döyüşçülərinin qarşısından qaçmasıyla bağlıdır…
 
Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button