Putin residivist, narkoman və əyyaşları ordusuna toplamaqda davam edir…-RƏSMİ

Rusiya işğalçı ordusu hər gün xeyli canlı qüvvə itkisi verir və onları müxtəlif yollarla kompensasiya etməyə çalışır.

 

Moderator.az  ukrayınca “Novoye vremya” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahın çərşənbə günü, sentyabrın 14-nə olan səhər xülasəsində belə deyilir.

 

Rusiya Federasiyasının hərbi rəhbərliyi məhbuslar arasında, o cümlədən Tula vilayətinin həbs koloniyalarında döyüşmək istəyənlərin axtarışını davam etdirir. İşəgötürənlər məhkumlara 3 ay müddətinə xidmət müqabilində mühakimə müddətinin silinməsini, residivistlərin, yəni təkrar cinayət törətmiş və ya xüsusilə ağır cinayətlərə görə məhkum edilmiş şəxslərin xidmət müddətinin 6 ay olacağını vəd edirlər. Ancaq arzu edənlərlə heç bir müqavilə bağlanmır…

 

Rusiyanın 3-cü Ordu korpusuna qondarma “ehtiyatda olan”ların qəbulu da davam edir. “Artıq işə götürülən kadrlar arasında çoxlu sayda narkotik və alkoqolizmdən əziyyət çəkənlər var”, – məlumatda bildirilir.

 

Həmçinin Donestk vilayətinin Qorlovka şəhərində məcburi səfərbərlik faktı Rusiya ordusunda bölmələrin kadr təminatı ilə bağlı problemlərə dəlalət edir. Burada yerli “hərbi personal” adlanan şəxslərə qanunsuz “polis”lə birlikdə avqustun 19-dək altı min nəfəri işə götürmək tapşırığı verilmişdi. Şəhərdə kişilərin axtarışı və saxlanması davam edir ki, bu da öz növbəsində yerli sakinlərin kütləvi narazılığına səbəb olur…

 

Bu arada xatırladaqlır ki, Moldovanın işğal edilmş Dnestryanı ərazisinin əhalisi rus ordusu ilə müqavilə bağlamaqdan imtina edir…

 

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button