Gecə Xankəndində Azərbaycanın suverenliyi əleyhinə növbəti mitinq keçirildi…-VİDEO

Sentyabrın 14-də Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olması barədə bəyanatından sonra gecə saatlarında  Xankəndindəki “Dirçəliş” meydanına 4 mindən çox hayk toplaşıb.

Moderator.az xəbər verir ki, bu haqda “Kavkazski uzel” nəşrinin Qarabağda olan müxbiri məlumat yayıb.

 

Etirazçılar separatçı-terrorçu rejim başçısı Araik Arutyunyandan onların qarşısına çıxmağa və “münaqişənin həlli” üçün hansı sənədin imzalanmasının nəzərdə tutulduğunu və bu sənədə uyğun olaraq  Qarabağdakı ermənilərin taleyinin necə olacağını izah etməyə çağırıblar. Onlar Ermənistan hakimiyyətindən keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olacağına dair heç bir sənəd imzalamamağı tələb ediblər.

 

Məlumatda deyilir ki, mitinq yerli vaxtla saat 22.00-da  başlayıb və 00.30-da bitib.

Etirazçılar qanunsuz “parlament” “spikeri” Artur Tovmasyan onların yanına çıxdıqdan sonra dağılıblar. A.Tovmasyan etirazçıları əmin edib ki, “Dağlıq Qarabağın  Azərbaycana verilməsi  ilə bağlı heç bir addım atılmır”…

Sultan Laçın

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button