“Ermənistan dövlətini xəritədən silmək üçün Azərbaycan ordusuna əmr verilməsini istərdim”

Vətən müharibəsi iştirakçısı, “Suqovuşanın azadlığı uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilən Ruslan Şıxıyev Moderator.az-ın suallarını cavablandırıb.

 

– Ruslan, bir neçə gündür ki, məğlubiyyəti ilə barışmayan düşmən yenidən azğınlaşıb, torpaqlarımızı hədəf alır. Ölkəmiz şəhid verir. Bir qazi olaraq içinizdən nələr keçir? Hisslərinizi necə cilovlayırsınız?

– Biz tarixə nəzər salsaq görərik ki, düşmən heç bir zaman öz mundar əməlindən əl çəkməyib. Onlar bu məğlubiyyətlərini həzm edə bilmirlər. Çünki düşüncələri də özləri kimi yalnışdır. Ağıl sahibi olsaydılar bilərdilər ki, uca Allah qalibiyyəti yalnız öz torpağı, öz bayrağı və ən əsası haqq uğrunda döyüşənlərə nəsib edir. Bu gün bir vətən müharibəsi qazisi olaraq onların törətdikləri təxribat və bu təxribatın nəticəsi olaraq şəhid olan qardaşlarımızın qanı mənə çox pis sarsıntı verir. Qəlbimdə düşmənə olan nifrətim hətta məni o düşüncəyə gətirib çıxarır ki, Ali Baş Komandana şəxsən öz adımdan Ermənistan dövlətini xəritədən silmək üçün, Azərbaycanın rəşadətli ordusuna əmr verməsini yazılı şəkildə xahiş edim. Və həmin döyüşdə son damla qanıma qədər özüm də döyüşüm. Özümü cilovlamağımın səbəbi ölkə başçısının daxili və xarici siyasətidir. Çünki o kimin nə zaman başına yumruq dəyəcəyini özü yaxşı bilir.   

 

– Döyüş xatirələriniz, döyüş anları tez-tez yadınıza düşür?

– Bu suala yalnız sualla cavab verə bilərəm. Mümkünsə siz sualı mənə bu cür verin-Döyüş xatirələri, döyüş anları heç yadınızdan çıxırmı? Mən də deyərəm ki, “əlbəttə ki yox”. Döyüş elə bir meydandır kı, meydanda xatirə qələmlə deyil, qanla yazılır. 

 

– Cənab prezidentlə görüşünüz zamanı kövrəlmişdiniz. Bu görüş sizin həyatınızda nəyi dəyişdirdi?

 

– Çox gözəl mövzuya toxundunuz. Mən komandanla görüşməyimi və yaxud onunla üz-üzə gəlməyimi heç vaxt ağlıma gətirə bilməmişəm. Çünki müharibədən öncə də ölkəni milli mətbəxlə təmsil edəndə hər zaman ölkəmizin bayrağını və ölkə başçımızın şəklini özümlə aparırdım. Mənim üçün fəxr idi ki, ölkə xaricində yarışlarda qalib olanda, orada olan digər ölkənin vətəndaşlarına 3 əmanətə sadiqliyimizi nümayiş etdirim. Ölkə başçımıza , bayrağımıza və himnimizə. Bu həmçinin əsl vətəndaşlıq borcumuzun göstəricisi və rəhbərə onu sevərək tabe olduğumuzun sübutudur. İnanın səmimiyyətimə, prezidentlə görüşdə məni  kövrəldən hal şəhid qardaşlarımın səbəbinə komandanın qarşısında durmağım idi. Hər bir döyüşçü öz sərkərdəsi ilə üz-üzə, göz- gözə gəlmək istəyər və arzulayar. Həmin görüşdə mənimlə birlikdə şəhid qardaşlarım da ola bilərdi. Çox pis qəhərlənmişdim. Elə bilirdim ki, boğulacam, sözlərimi ifadə edə bilməyəcəm. 30 illik həsrətimizə bir əmri ilə son qoyan,  ən əsası ulu öndərin hər bir kəlməsinə əməl edən və onları bizlər üçün gerçəyə çevirən rəhbərin qarşısında durmuşdum. O görüşdən sonra sözün əsl mənasında  olduğumdan da  məsuliyyətli olmağı, hər addımımda nümunə olmağıma gətirib çıxartdı. Mən prezidentlə görüşdən sonra çox böyük məsuliyyətin altına girdiyimin şahidiyəm.

 

– Döyüşlə bağlı hansı kövrək xatirəni hələ də unuda bilmirsiz?     

– Döyüşlə bağlı hər bir xatirə kövrəkdir. Axşam səninlə birlikdə çörək yeyən, sənə döyüşdən sonra həyata keçirəcək arzularını danışan qardaşının döyüş tapşırığında gözünü əbədi olaraq bu həyata yumması elə bil ürəyinə sancılan bıçaqdır. Yalnız bizə təsəlli verən onun şəhidlik məqamına ucalmasıdır. Bu həyatda heç kim əbədi deyil. Hər bir canlı ölümü dadacaq. Bir var şərəfli ölüm, bir də var şərəfsiz ölüm. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hər bir qardaşımız şərəfli ölümün şərbətini içiblər.

 

– Gələcək nəsillərə öz döyüş yolunuz haqda məlumat verirsiniz?

 

– Xeyr. Öz döyüş yolumdan danışmağıma vicdanım mənə icazə vermir. Mən yalnız şəhid qardaşlarımızın döyüş yolundan danışa bilərəm. Uca Allah bizi bu həyatda sağ saxlayıb ki, şəhidlərimizin son damla qanına qədər necə döyüşdüyünü və onların torpağa, bayrağa olan sevgisini gələcək nəsillərə ötürə bilək. Biz qazilər şəhid qardaşlarımızın şahidləriyik.   

– Döyüş yoldaşlarınızı yuxuda görürsünüz?

 

– Tam etiraf edim ki, ümumiyyətlə döyüşdən gəldiyim gündən bu günə qədər normal yuxu yatmıram. Dövlət hesabına ayrılmış dərmanları qəbul edib yuxuya getmək istəyirəm. Yatdığım 3 və yaxud 4 saat olur. Yuxu görəndə də ya üstümə mərmi gəldiyini görürəm. Qan-tərin içində oyanıram. Ya da hər tərəfdə qan görürəm. Döyüşdən yeni gəldiyim vaxtlarda şəhid qardaşım Ülvi Kərimovun siması gözümün qabağından getmirdi. Bilirsiniz, ümumiyyətlə döyüş çox ağır bir səhnədir. İnsanın xatirəsindən silinə bilməz. Bir şəhid qardaşının son anında sənin gözlərinə baxan baxışları ömrünün sonuna qədər gözlərinin önündən getmir. Onun sənə nə demək istədiyini bir sən, bir də bizləri bu dünyaya xəlq edən Allah bilir.

 

– Hazırda Sosial Xidmətlər Agentliyində çalışırsınız. İşiniz necədir?

 

– Bəli, hazırda SXA əməkdaşıyam. Vətəndaş qəbulunda çalışıram. Şəhid qardaşlarımızın ailə üzvlərinə və qazi qardaşlarımıza xidmət göstərirəm. Bu mənim üçün böyük şərəfdir. Tutduğum vəzifədə mənə elə gəlir ki, az da olsa onların dərdlərinə şərik ola bilirəm. Çünki onların hər bir müraciətini özümün müraciəti hesab edirəm. Ümumiyyətlə əməkdaşın vəzifə borcundan çox vicdan borcudur ki, özünü müraciət edən vətəndaşın yerinə qoysun, ədalətli qərar versin.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button