“Azərbaycan üzü qəbiristanlığa gedən Rusiyanın yox, Türkiyənin yanındadır”

Bizim müxalifətin ən çox istifadə etdiyi arqument odur ki, İlham Əliyev Putinin yanındadır. Elə ona görə də ABŞ Ermənistana dəstək verir.

 

İlham Əliyev Putinin yanında olmasaydı, yəni Türkiyənin də ciddi dəstəyi ilə Putinlə anlaşa bilməsəydi Azərbaycan Ermənistana qarşı 44 günlük müharibə apara bilərdimi? Bunlar necə siyasətçidir, başım çıxmır ki…

 

Ukrayna müharibəsinə qədər Cənubi Qafqazda dominat güc Rusiya idi. Türkiyə də özünü güc-bəla bu regiona soxmuşdu…

 

Ancaq Rusiya-Ukrayna müharibəsində Rusiya getdikcə zəiflədi və Azərbaycan bundan istifadə edərək Ermənistanda və Dağlıq Qarabağda ciddi hərbi əməliyyatlar keçirdi. Rusiya əvvəlki gücdə olsaydı Azərbaycan bunları edə bilərdimi? Mümkün olan şey deyildi…

 

O da bəllidir ki, Rusiya-Ukrayna savaşının ilk günündən Türkiyə də, Azərbaycan da Ukraynaya dəstək verir. Özü də açıq şəkildə. Rusiyanın yanında olan ölkə belə şey edərdimi?…

 

Azərbaycan üzü qəbiristanlığa gedən Rusiyanın yox, Türkiyənin yanındadır. Öz gələcəyini Türkiyə və bütövlükdə Türk Dünyası ilə birlikdə görür. Bu məsələdə iqtidar da, xalq da eyni fikirdədir.

 

ABŞ isə 150 il bundan qabaq Osmanlını yıxmaq üçün indiki Türkiyəyə dini missionerlər göndərib. Eləcə də digər Avropa ölkələri Osmanlıya qarşı bu üsuldan istifadə edib, yəni xristian amilini önə çıxarıb. ABŞ indi də eyni siyasəti yeridir. Avropa da həmçinin…

 

Hər bir soydaşımız bilməlidir ki, ABŞ, Avropa Birliyi, Rusiya və İran Ermənistandan bizə-Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Nə qədər ki, biz Ermənistanı yerində oturtmamışıq bu cəhdlər davam edəcək. Reallıq bu qədər sadədir.

 

Mən bir daha Azərbaycan müxalifəti partiya maraqlarını bir tərəfə qoyub dövlətin və xalqın yanında olmağa dəvət edirəm. Milli məsələlərdə müxalif mövqe olmamalıdır. Unutmayın ki, düşmənin əlini gücləndirən, onun işinə yarıyan mövqe mahiyyətdə vətənə xəyanət deməkdir…

 

Elbəyi Həsənli,
İsveçrədə yaşayan tanınmış jurnalist

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button