Ukraynada müharibənin dayandılılmasının 3 şərti açıqlandı: “Putin könüllü təslim olmayacaq”

“Ukrayna hələ qalib gəlməyib, amma Rusiya artıq uduzmaqdadır…”

 

“Rusiya deyil, məhz Ukrayna müharibənin dayandırılmasının şərtlərini müəyyən edəcək…”

 

“Avropa İttifaqı Ukraynaya dəstəyini, o cümlədən silah tədarükünü gücləndirməlidir…”

 

 

Ukraynalıların Xarkov vilayətində uğurlu əkshücumunun dərslərindən biri ondan ibarətdir ki, Rusiya deyil, məhz Ukrayna müharibənin dayandırılması şərtlərini müəyyən edəcək.

 

Moderator.az xəbər verir ki, bunu Avropa İttifaqının  xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel Fransanın “Le Journal du Dimanche” nəşrinə müsahibəsində bəyan edib.

 

Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi hələ uzun müddət davam edə bilər, çünki Rusiya prezidenti “könüllü təslim olmayacaq”, lakin “məhz ukraynalılar və yalnız onlar” hərbi münaqişənin dayandırılmasının şərtlərini müəyyən etməli olacaq.

 

“Bununla yanaşı, güman etmək olar ki, bu, aşağıdakılardan ibarət olacaq:

 

– Rusiya qoşunlarının Ukrayna ərazisindən getməsi;

 

– müntəzəm olaraq dağıtmağa can atdığı ölkənin bərpasına maliyyə tövhəsi;

 

– miqyasını təəssüf ki, sonadək bilmədiyimiz hərbi cinayətlərdə günahı olanların mənəvi və cinayət məsuliyyətinin etiraf edilməsi”, – Borrel bəyan edib.

 

Siysətçi vurğulayıb ki, Avropa İttifaqı Ukraynaya dəstəyini, o cümlədən silah tədarükü ilə yardım etməklə gücləndirməlidir ki, “ukraynalılara öz pozulan suverenliyini bərpa etməyə imkan verilsin”.

 

Borrel həmçinin “Ukrayna xalqının, onun ordusunun və liderlərinin təcavüzkarı öz ərazisindən qovmaq üçün mübarizəsini davam etdirmək qətiyyətini” yüksək qiymətləndirib. 

 

Onun sözlərinə görə, yayda Krımda və Xerson istiqamətində uğurlu hücumlar məhz Ukrayna qüvvələrinin indi müharibəyə öz tempini yeritdiyini əyani şəkildə nümayiş etdirib.

 

“Ukrayna qoşunlarının irəliləmə sürəti, Rusiya işğalçı qoşunlarının xeyli sayda hərbi texnikanı atıb geri çəkilməsi, Rusiyanın ən kasıb regionlarından olan əsgərlərinin ruh düşkünlüyü-bütün bunlar göstərir ki, əgər Ukrayna hələ müharibəni udmayıbsa, Rusiya artıq onu uduzmaqdadır”, – Borrel əmin edib.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button