“Nensi Pelosinin məlum açıqlaması növbəti erməni təxribatları üçün “yaşıl işıq” deməkdir…”

Vahid Əhmədov: “Bu açıqlama sülhdən daha çox müharibəyə xidmət edir”

 

“ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfər çərçivəsində səsləndirdiyi məlum açıqlama növbəti erməni təxribatları üçün “yaşıl işıq” deməkdir”.

 

Bunu Moderator.az-a açıqalamasında millət vəkili Vahid Əhmədov bildirib. Millət vəkili qeyd edib ki, bu açıqlama Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə xidmət edir:

 

“Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycanla sərhəddə həyata keçirdiyi irimiqyaslı təxribat və bu təxribat nəticəsində onlarla hərbçimizin şəhid olması, 300-ə yaxın hərbçimizin yaralanması erməni məkrinin, onun terrorçu xislətinin nəticəsidir və Azərbaycan təxribatın məhz Ermənistan tərəfindən gerçəkləşdiyini tam sübut edib. İkincisi, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük şanlı Vətən müharibəsində Qarabağı erməni işğalından azad edən, həmin ərazilərdə geniş yenidənqurma işləri həyata keçirən Azərbaycanın belə bir təxribat həyata keçirməsinə lüzum da yoxdur. Çünki Azərbaycan öz haqqını “Dəmir yumruq” hesabına əzmlə bərpa edib və bu gün Ermənistanla münasibətdə həm hərbi, həm də siyasi-diplomatik müstəvidə diktə edən tərəfdir. 44 günlük Vətən müharibəsindəki məğlubiyyətlə barışmayan, bu cür təxribatlarla post-müharibə dönəminə məxsus status-kvonu dəyişməyə çalışan Ermənistan hakimiyyətindəki revanşist qüvvələr, sadəcə 12 sentyabr tarixində deyil, son iki ildə dəfələrlə oxşar təxribatlara əl atıblar. Ermənistanın bu gün də dövlətimizə və xalqımıza qarşı mina terrorunu davam etdirməsi buna nümunədir. Bütün bunların fonunda Nensi Pelosinin  12 sentyabr təxribatına görə Ermənistanı deyil, Azərbaycanı ittiham etməsi sadəcə absurtddur və bu, onun ermənilərə olan simpatiyasından, sonsuz erməni sevgisindən xəbər verir”.

 

Vahid Əhmədov qeyd edib ki, Nensi Pelosinin sözügedən açıqlaması terror və təxribatı dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanı yeni təxribatlara həvəsləndirə bilər:

 

“Ermənistanın mahiyyətinə, o cümlədən erməni xislətinə bələd olan hər kəs bilir ki, terror və təxribatçılıq ermənilərin qanındadır və onlar tarixin bütün dönəmlərində məhz bununla yadda qalıblar. Nensi Pelosinin erməniyönümlü bəyanatı terror və təxribata anadangəlmə sevgi bəsləyən erməniləri yeni təxribatlara həvəsləndirə bilər ki, bu da bütün region üçün olduqca təhlükəlidir. Çünki bu gün də Cənubi Qafqazda vəziyyət kifayət qədər həssasdır və Azərbaycanın sülh səylərinin dəstəklənməməsi bölgədə yeni gərginliklrə, təxribat və qarşıdurmalara səbəb ola bilər. Bu baxımdan Nensi Pelosinin məlum açıqlaması sülhdən daha çox müharibəyə xidmət edir və bu bəyanat ilk növbədə ABŞ ictimaiyyəti və hökuməti tərəfindən qınanmalıdır”.

 

Millət vəkilinin sözlərinə görə, Nensi Pelosinin bəyanatı ABŞ-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti və gələcəyi baxımından da son dərəcə uğursuzdur:

 

“Bildiyiniz kimi, ABŞ-la Azərbaycan arasında bir çox sahələrdə geniş əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq hər iki dövlətin maraqlarına xidmət edir. Azərbaycan hər zaman ABŞ-ın terrorizmə qarşı mübarizə siyasətinə açıq dəstək verib, bununla bağlı bir sıra beynəlxalq tədbirlərdə yer alıb. İki dövlət arasındakı çoxşaxəli əməkdaşlığın mövcud durumu yaxın gələcəkdə bu əməkdaşlığın daha da inkişafı üçün əlverişli zəmin yaradır. Belə bir halda Nensi Pelosinin bu cür açıqlama ilə çıxış etməsi ABŞ-Azərbaycan əlaqələrinin bugünü və gələcəyi baxımından da arzuedilməzdir.

Bu baxımdan, hesab edirəm ki, ABŞ rəhbərliyi, eləcə də Amerika ictimaiyyəti iki dövləti qarşı-qarşıya gətirən, Azərbaycan xalqında ABŞ və onun ədalətinə inamsızlıq yaradan Nensi Pelosinin sözügedən açıqlamasına sərt təpgi verməli, onu şiddətlə qınamalı və Azərbaycanın sülhpərvər mövqeyinə dəstək ifadə etməlidir. Bu, ABŞ-ın dünyanın aparıcı və demokratik dövlətlərindən biri kimi öz nüfuzunu qoruyub saxlaması, Azərbaycanla dostluğa sədaqətini sübut etməsi baxımından vacibdir”.

 

Millət vəkili qeyd edib ki, kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan bütün təxribatalara bundan sonra da qətiyyətli cavab verəcək və öz haqqını sona qədər qoruyacaqdır:

 

“Azərbaycanın milli maraqlara əsaslanan dövlət siyasəti mövcuddur və bu siyasət dövlətimiz, onun lideri tərəfindən uğurla həyata keçirilməkdədir. Kimin nə deməyindən asılı olmayaraq, dövlətimiz və ordumuz bundan sonra da oxşar təxribatlara sərt cavab verəcək, heç kimin onun haqqına və hüququna qəsb etməsinə göz yummayacaq. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycan erməni faşizminin yenidən dirçəlməsinə, yenidən baş qaldırmasına imkan verməyəcək. Əgər belə bir hal müşahidə edilərsə, o zaman “Dəmir yumruq” yenidən düşmənə öz yerini göstərəcək, onu daha ağır, sarsıdıcı və ölümcül itkilərlə üz-üzə qoyacaq”.

 

Seymur ƏLİYEV

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button