Ərdoğan Səmərqənddə Putinə məsləhət veribmiş: “Krımı qanuni sahiblərinə qaytarın…”

“Siz bu addımınızla bizi də, Ukraynanı da, Krım tatarlarını da rahat edəcəksiniz…”

 

“Türkiyənin ən iri bankları ikincili sanksiyalar təhlükəsindən “Mir” bank kartlarının xidmətindən imtina edib…”

 

“Putin Özbəkistanda Ərdoğana anladıb ki, müharibəyə tezliklə son qoymaq istəyir…”

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Rusiya tərəfindən işğal edilən bütün torpaqları, o cümlədən Krımı geri qaytarmalıdır.

 

Moderator.az xəbər verir ki, bu barədə o, Nyu-Yorkda BMT Baş Assambleyasının dəhlizlərində “PBS NewsHour” proqramına müsahibəsində bəyan edib.

 

Müharibənin danışıqlar yolu ilə bitəcəyi təqdirdə “Rusiyaya Krımı özündə saxlamağa imkan vermək lazımdırmı?” sualına cavabında Ərdoğan deyib: “Orada yaşayan insanlar eyni zamanda bizim nəslimizdır. Biz Rusiyaya demişik: “Siz bu addımı atsanız, bizi də, Ukraynanı da, Krım tatarlarını da rahat edəcəksiniz”. Bizim həmişə dediklərimiz bundan ibarət olub”.

 

Ərdoğan deyib ki, o, bu barədə Putinə 2014-cü ildən deyir. “O zamandan, təəssüf ki, irəliyə doğru bircə addım atılmayıb”, – o, əlavə edib.

 

Bu, dünya liderləri tərəfindən Putinə edilən ilk ritorik zərbə deyil. Ötən həftə Hindistanın baş naziri Narendra Modi Ukraynada davam edən müharibə ilə bağlı narahatlığını ifadə edib, Putinin özü isə etiraf edib ki, Çin lideri Si Tszinpin də onunla söhbətində “narahatığını” ifadə edib.

 

Türkiyə rəsmən Rusiyaya qarşı sanksiyalara qoşulmamağına rəğmən, Türkiyənin ən iri bankları ikincili sanksiyalar təhlükəsindən “Mir” bank kartlarının xidmətindən imtina edib.

 

Ərdoğan müsahibəsində deyib ki, o, Özbəkistanda Putinlə görüşüb, Rusiya prezidenti ona anladıb ki, “buna tezliklə son qoymaq istəyir”.

 

Ərdoğan həmçinin deyib ki, Ukrayna ilə Rusiya arasında 200 əsrin mübadiləsi həyata keçirilib.

 

Öz müsahibəsində Ərdoğan yenidən NATO  üzvü olan Türkiyəni Rusiya-Ukrayna müharibəsində neytral tərəf kimi tədqim edərək, bəyan edib ki, döyüş əməliyyatlarının başa çatmasına “kiminsə tərəfini tutmaqla” nail olunmayacaq. Lakin o, həmçinin deyib ki, “Rusiyanın müdaxiləsinə haqq qazandırmaq olmaz”.

 

Ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, onun ölkəsi Krımı Rusiya işğalçılarından azad edəcək.

 

Putin 2014-cü ilin əvvəlində Krıma qoşun yeridib, qanunsuz olaraq yarımadanı ilhaq edib, daha sonra Ukraynanın şərqində, Donbasda çoxillik münaqişə törədib.

 

Fevral ayında müharibə başlanandan Ankara Moskva və Kiyevin rəsmi şəxslərilə yüksək səviyyədə danışıqlar aparıb, taxıl sövdələşməsinin əldə edilməsində BMT ilə birgə vasitəçi qismində çıxış edib ki, Ukrayna limanlarından ərzağın təhlükəsiz ixracı təmin edilsin, hərçənd, bəzi Qərb məmurları Türkiyənin Rusiya ilə həddən artıq yaxınlaşmasından ehtiyat edir.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button