“İlham Əliyev öz yerini mənə verib, özü yanımda əyləşib…” – Ərdoğan

“Məqsədimiz Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaqdır”

 

“Biz balanslı siyasət yeridərək və təşəbbüslər göstərərək, münaqişə ilə bağlı həm Qərbə, həm də Amerikaya lazımi cavab vermişik…”

 

“Taxıl dəhlizi” ilk növbədə inkişaf etməkdə olan ölkələrin rifahı naminə işləməlidir…”

 

“Qarabağ məsələsində regionun bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz və qətiyyətlə müdafiə etməlidir…”

 

Türkiyənin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaqdır. Bu təşkilat Ankaranın Ukrayna böhranının nizama salınması üzrə səylərini yüksək qiymətləndirib.

 

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin “En Son Haber” nəşri məlumat verib.

 

Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçirilən sammitindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ-a, Nyu-Yorka gedib.

 

“Şanxay beşliyi daha beşlik deyil”

 

Türkiyə dövlətinin başçısı kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb.

 

Jurnalistin “Türkiyə ŞƏT-ə qoşulmağa dəvət edilibmi?” sualına Türkiyə lideri belə cavab verib: 

“Hər şeydən öncə bu təşkilat “Şanxay beşliyi” kimi yaranıb, lakin bu, artıq beşlik deyil. Hazırda üzv ölkələrin sayı 9-a çatıb. Üç ölkə müşahidəçi qismindədir. Bundan başqa, doqquz ölkə bizim kimi dialoq üzrə tərəfdaşdır”.

 

“Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasında bizə minnətdarlıq etdilər”

 

“Mənim söhbət apardığım liderlərin, demək olar ki, hamısı Rusiya-Ukrayna münaqişəsində gərginliyin azaldılmasında bizim rolumuza görə bizə minnətdarlıq edib, – Ərdoğan davam edib. – Bizə deyirdilər: “Biz həqiqətən öz üzərinizə götürdüyünüz rolunuzu yüksək qiymətləndiririk və sizi təbrik edirik”.

 

Bütün liderlər ikitərəfli danışıqlarda bu nəticəyə gəlib. Axı, dünyada Rusiya-Ukrayna münaqişəsinə açıq şəkildə cəlb olunan qüvvələr arasında heç kim “biz nə edə bilərik”, ” bu problemi necə həll edə bilərik” barəsində düşünmür.

 

Biz isə lap əvvəldən balanslı siyasət yeridərək və təşəbbüslər göstərərək, onların hamısına, həm Qərbə, həm də Amerikaya lazımi cavab vermişik”.

 

Putinlə “taxıl dəhlizi” üzrə danışıqlar

 

Türkiyə lideri vurğulayıb: “Əlbəttə, ən başlıcası “taxıl dəhlizi” problemidir. Burada Vladimir Putinlə danışıqlarda biz bu istiqamətdə atdığımız addımlardan danışmışıq. 

 

Məlumdur ki, “taxıl dəhlizi” təkcə inkişaf etmiş ölkələrin deyil, həm də inkişaf etməkdə olan ölkələrin rifahı naminə işləməlidir. Bizim burada oynadığımız rol bundan ibarətdir. Biz yenidən bu barədə danışdıq. “Gəlin, daha az inkişaf etmiş ölkələrə bu taxıl dəhlizindən istifadə etməyə kömək edək, gəlin, onlara çatdıraq və buna səy göstərək”, – biz belə danışdıq.

 

Təbii ki, Putin də buna diqqət göstərib. Gələcəkdə biz bu tədarükü diqqətlə izləyəcəyik ki, dəhliz fasiləsiz fəaliyyət göstərsin və inkişaf etməkdə olan ölkələrə fayda gətirsin. Təşkilatın bütün iştirakçı ölkələri və əlbəttə ki, biz də belə düşünürük”.

 

“Bu addım gündəlikdə daha yüksək səviyyədə olacaq”

 

“Əlbəttə, biz “Şanxay beşliyi”nin üzvü deyilik, – dövlət başçısı qeyd edib. – Biz burada Özbəkistan tərəfinin dəvətilə xüsusi qonaq qismindəyik, bizim Özbəkistan prezidenti Şövkət Mirzəyevlə xüsusi münasibətlərimiz var. Buna görə də o, məni və İlham Əliyevi xüsusi qonaqlar qismində dəvət edib”.

 

“İndi növbəti proses işin irəliyə aparılması mərhələsinə doğru addım atmaqdır. Bu addım, ola bilsin ki, Hindistanda, növbəti sammitdə gündəlikdə olacaq. Üzv olub-olmamaq müxtəlif şeylərdir, lakin bu addımla bizim ŞƏT ölkələri ilə münasibətlərimiz tamamilə başqa səviyyəyə keçəcək”, – Türkiyə lideri əlavə edib.

 

“Ermənistan Azərbaycana qarşı təxribatlara son qoymalıdır”

 

Ermənistanla Azərbaycan arasında münaqişəyə toxunan Ərdoğan deyib: 

 

“Azərbaycan deyir ki, Ermənistanın təxribatına cavab olaraq başladığı əməliyyatı sona yetirib. İndi əməllyyat bitəndən sonra bu mövzunu şişirtməyin mənası yoxdur. İlham Əliyevdən aldığım məlumata görə, bizim azərbaycanlı qardaşlarımız hazırda təhlükəsiz şəraitdədir. Bununla əlaqədar olaraq Ermənistan əvvəllər üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycana qarşı təxribatlara son qoymalı və inkan daxilində tez bir zamanda sülh və əməkdaşlığa köklənməlidir. Biz münasibətlərin normallaşması proseslərinin uğurla sona çatmasına və regionumuzda uzunmüddətlu sülhün və sabitliyin təmin edilməsinə tərəfdarıq”.

 

Taxıl və gübrələrin göndərilməsi

 

Gübrələrin Rusiya ilə birlikdə müvafiq regionlara göndərilməsinin mümkünlüyü barədə suala Türkiyə prezidenti belə cavab verib:

 

“Biz, heç şübhəsiz, müvafiq ölkələrlə həm Rusiyadan, həm də Ukraynadan daxil olan bütün növ məhsullar üzrə danışıqlar aparırıq. Bu, taxıl məhsulları və gübrə ola bilər. Bunu həmkarlarımızla, xarici işlər naziri və ya başqa sahənin nazirləri ilə müzakirə edərkən, biz müvafiq addımlar atırıq. Bu zaman indiyədək hər hansı ciddi problemlər yaranmayıb. Vladimir Putinlə biz bu prosesi əvvəlki ehtiyatlılıqla davam etmək barədə razılığa gəlmişik”.

 

“İlk “Ağquyu” enerji blokunu 2023-cü ildə sona çatdıracağıq”

 

Rusiyanın Şimali Kipr Türk Cümhuriyyətini tanıması və “Ağquyu” AES-in işə salınmasının təxirə salınması barədə suala cavabında Ərdoğan qeyd edib:

 

 “Şimali Kipr məsələsində biz öz möqeyimizi təkcə Rusiyaya deyil, bütün beynəlxalq birliyə ifadə edirik, öz gözləntilərimizi və əsaslarımızı izah edirik. “Ağquyu”ya gəldikdə, saziş əldə edilib. Hazırda Rusiya “İC” şirkəti ilə razılığa gəlib. Gələcəkdə biz bu prosesi fəallaşdıracağıq və ümid edirəm ki, birinci enerji blokunun tikintisini sona çatdıra biləcəyik və 2023-cü ildə onun təntənəli açılışını edəcəyik”.

 

“Qarabağ məsələsində Azərbaycana dəstək verilməsi vacibdir”

 

İranla Türkyə arasında problemlərin olması barədə suala Türkiyə dövlətinin başçısı belə cavab verib:

 

“Əslində biz bu sammitdə Astana prosesini müzakirə etməmişik. Lakin biz həmsöhbətlərimizlə Siriya probleminin son nizamlanma məsələlərinə baxırıq. Qarabağ məsələsində bütün region ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz və qətiyyətlə müdafə etməsi çox vacibdir. Oktyabrın 20-də biz Azərbaycan prezidenti ilə Zəngilan hava limanını açacağıq. İlham Əliyev bizdən hava limanının açılış tarixini təyin etməyi xahiş edib və biz bu tarixi müəyən etmişik. Zəngilanda hava limanının açılışından sonra biz Cəbrayıla gedəcəyik, orada da təntənəli mərasim keçirəcəyik. Müvafiq razılaşmalar əldə edilib. Başqa liderlərin iştirakı istisna olunmur, qərar Bakınındır”.

 

“Bu, yaxşı məqam idi”

 

Rəcəb Tayyib Ərdoğan ŞƏT sammitində çəkilən və bütün liderlərin onu diqqətlə dinləməsini əks etdirən fotoşəkil barədə suala belə deyib:

 

“İlham Əliyev öz yerini mənə verib, özü yanımda əyləşib. Nəzərə alaraq ki, iştirakçıların çoxu rus dilini bilir, tərcüməçi bizim sözlərimizi ruscaya tərcümə edib. Bizim ünsiyyətimiz söhbət iştirakçılarının hamısının xoşuna gəlib. Bu, yaxşı məqam idi”.

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button