İlk dəfə Putinin elan olunmuş xalqa müraciəti çox gecikdi…-Simonyan “Gedin yatın” dedi…

“Prezident çıxışdan əvvəl yuxuya gedib və onu oyatmağa qorxublar…”

Nevzorov: “Müraciət”in müəllif hüququ şəxsən Şeytana məxsusdur. O, hələ Rusiyada buraxılışa imza atmayıb…”

Rusiyanın “Dojd” telekanalının baş redaktoru Tixon Dzyadko: “Hətta müraciət belə həll olunmaz problemə çevrilirsə, Putinin SSRİ-ni necə bərpa edəcəyini tam başa düşmürəm…”

“Rusiya Federasiyasının prezidenti Vladimir Putinin bu gün elan etdiyi xalqa müraciəti baş tutmayacaq. Onun çıxışından sonra Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun da çıxışı vəd edilib”.

Moderator.az  Zn.ua saytına istinadla xəbər verir ki, bu barədə dünən gecə saatlarından Putinin çıxışını əvvəlcə Moskva vaxtı ilə saat 20:00-da elan edən, daha sonra vaxtını bir neçə dəfə təxirə salan və nəhayət, dünənki elanı silən və müraciətin sabah olacağını bildirən Rusiyanın birbaşa Kremlin nəzarətində olan mediası məlumat yayıb.

Rusiya Federasiyasının əsas təbliğatçılarından biri olan Marqarita Simonyan  məsələni izah etmək əvəzinə “Gedin yatın!” deyib…

Onun məşhur həmkarı Vladimir Solovyov isə “Sabah!” qısa yazısı ilə məlumatı təsdiqləyib…

Kreml yönümlü  bəzi KİV-lər Putinin çıxışının sentyabrın 21-i səhər saatlarında nümayiş oluna biləcəyinə eyham vurur.

Qeyd edək ki, Vladimir Putinin planlaşdırılmış və adətən olduğu kimi, əvvəlcədən yazılan çıxışı, lk dəfədir ki, ləğv edilir…

 

“Gordon” nəşrinin yazdığına görə isə, Putin Ukraynadakı psevdoreferendumları ilə bağlı elan etdiyi video-müraciətlə efirə çıxmadığı üçün növbəti dəfə memlərin qəhrəmanına çevrilib.

 

“Rusiya prezidenti Vladimir Putinin sentyabrın 20-də axşam saatlarında Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərində psevdoreferendumlarla bağlı gözlənilən müraciəti baş tutmayıb.

 

Kremlyönlü Rusiya mediası yavaş-yavaş elanları çıxarıb və onlayn yayım saytlarından yığışdırıb. Rusiyalı təbliğatçıların fikrincə, Putinin müraciəti təxirə salınıb və  o, sentyabrın 21-də göstərilə bilər.

 

Gözlənilirdi ki, Rusiya lideri öz müraciətində “referendum”la yanaşı, bir sıra digər həssas mövzulara – xüsusən də Rusiya Federasiyasında ümumi səfərbərliyə və ya Ukrayna ilə müharibənin mümkün eskalasiyasına toxuna bilər. Ona görə də Putinin çıxışı çoxları tərəfindən gözlənilən olub. Və gözləmədən məyus olduqlarındann və uğursuz müraciəti ələ salmağa başlayıblar.

 

Ukraynalı siyasətçi və “Demokratiçna Sokira” partiyasının həmtəsisçisi Viktor Trequbov “Bu yaşda hamı dərhal uğur qazana bilmir” deyə bildirib.

Ukraynanın infrastruktur nazirinin müavini Mustafa Nayem Rusiya Federasiyasının prezidentinin çıxışdan əvvəl yuxuya getdiyini və onu oyatmağa qorxduqlarını “iddia” edib.

“Bəli, o,  yuxuya gedib. Və hamı onu oyatmağa qorxub”- deyə nazir müavini yazıb.

Latviyadan yayımlanan Rusiyanın “Dojd” telekanalının baş redaktoru Tixon Dzyadko etiraf edib ki, “hətta müraciət belə həll olunmaz problemə çevrilirsə”, Putinin SSRİ-ni necə bərpa edəcəyini tam başa düşmür.

Rusiyalı publisist Aleksandr Nevzorov Rusiya prezidentinin çıxışını qorxu filminin premyerası ilə müqayisə edib.

“Putinin xalqa müraciəti” adlı yeni qorxu filminin premyerası təxirə salınıb, çünki “Müraciət”in müəllif hüququ şəxsən Şeytana məxsusdur. O, hələ Rusiyada buraxılışa imza atmayıb. Müraciətin saxta surəti hazırlanacaq və yaxın gələcəkdə göstəriləcək”, – deyə Nevzorov yazıb…

Sultan Laçın

 

Moderator.az

Əlaqədar Məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button